main-post-cover

    Xiaomi Mi Band 5 fitnes qolbağı rəsmi təqdim olundu - QİYMƏTİ

    Elm & Texnologiya
    11.06.2020
    Farid Pardashunas
        Xiaomi şirkəti Mi Band 5 fitnes qolbağının təqdimatını keçirtdi. Əvvəlki modeldən fərqli olaraq Mi Band 5 modeli bir sıra yeni özəlliklər əldə edib. Onların arasında böyüdülmüş ekran və kontaktsız ödənişlər üçün NFC modul var. Lakin ən əsası odur ki, şirkət Mi Band 5-in qiymətini aşağı səviyyədə qoruyub saxlaya bilib. Beləliklə Xiaomi Mi Band 5 qolbağı 1.2 düym AMOLED ekran ilə təchiz olunub. Bu isə Mi Band 4-ün ekran ölçüsündən 20% böyükdür.
        Yeni nəsil qolbağın əsas özəlliklərindən biri də onun maqnit konstruksiyalı şarj girişinə sahib olmasıdır. Beləliklə Mi Band 5-i şarj etmək üçün sadəcə olaraq şarj naqilini şarj girişinə yaxınlaşdırmaq lazımdır. Maqnit konstruksiya sayəsində şarj naqili avtomatik şəkildə şarj girişinə qoşulacaq. Əvvəlki Mi Band modellərində olduğu kimi Mi Band 5 modelində də dəyişdirilə bilən kəmər özəlliyi reallaşdırılıb.
        Bundan əlavə olaraq Mi Band 5-dən smartfon kamerası vasitəsilə çəkiliş zamanı çəkiliş düyməsi kimi də istifadə etmək mümkündür. Qolbağın sistemində 11 idman rejimi, menstrual dövrlərin təyin edilməsi funksiyası və yuxu keyfiyyətinin izlənməsi funksiyası mövcuddur. Ürək döyüntülərinin təyin olunmasından başqa Mi Band 5 vasitəsilə qandakı oksigen miqdarını ölçmək olar. Xiaomi Mi Band 5 18 iyun tarixində satışa çıxacaq. Adi modelin qiyməti 27$, NFC modula sahib modelin qiyməti isə 32$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər