Logo
    main-post-cover

    Xiaomi Mi Band 8 smart qolbağının nə zaman təqdim ediləcəyi məlum olub

        Xiaomi şirkəti 18 aprel tarixində keçiriləcək təqdimat tədbiri çərçivəsində təqdim edəcəyi məhsulları açıqlamağa davam edir. Artıq məlumdur ki, şirkət 18 aprel tarixində Xiaomi 13 Ultra smartfonunu təqdim edəcək. İndi isə şirkət rəsmi olaraq elan edib ki, Xiaomi 13 Ultra ilə birlikdə həmçinin Xiaomi Mi Band 8 smart qolbağı da təqdim ediləcək.
        Şirkət tərəfindən təqdim edilmiş tizer fotosuna əsasən Mi Band 8 smart qolbağı kəmərlərin bərkidilməsi üçün nəzərdə tutulmuş yeni mexanizm əldə edəcək. Ənənəyə sadiq qalaraq smart qolbaq Always-on-Display funksiyasına sahib oval formalı OLED ekran ilə təchiz olunacaq. Hal hazırda aktual olan Mi Band 7 kimi Mi Band 8 də iki versiyada təqdim olunacaq və onlardan biri kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipinin dəstəyinə sahib olacaq. Mi Band 8-in hansı qiymətə satılacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər