main-post-cover

    Xiaomi Mi Mix 3-ün qiyməti təqdimatdan bir gün qabaq məlum oldu

    Elm & Texnologiya
    24.10.2018
    Emil Nəcəfov
        Çinin IT Home adlı saytı təqdimata hazırlaşan çərçivəsiz Xiaomi Mi Mix 3 flaqman smartfonunun versiyalarından birinin qiymətinin əks olunduğu fotonu paylaşıb. Fotoda əks olunmuş smartfon versiyası 6 GB RAM-a və 533$ qiymət göstəricisinə sahibdir. Təəssüflər olun ki, həmin versiyanın hansı yaddaş həcmi ilə təchiz olunduğu qeyd olunmayıb. Lakin çox güman ki, söhbət, 64 GB daxili yaddaş həcmindən gedir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Mi Mix 2S modelinin bu cür versiyasının qiyməti 518$ təşkil edirdi.

        Artıq mlumdur ki, Mi Mix 3 modeli slayder formatında istehsal olunacaq. Smartfon 6.4 inç AMOLED ekran, Snapdragon 845 prosessoru, 10 GB RAM, 512 GB daxili yaddaş, ikili arxa kamera və 24 MP-lik ikili ön kamera ilə təchiz olunacaq. Bundan əlavə olaraq smartfon 5G texnologiyasını və sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyəcək. Smartfonun kamera özəlliklərinə gəldikdə isə Mi Mix 3 saniyədə 960 kadr sürətlə Super Slow-Motion videolar çəkə biləcək. Qeyd etmək lazımdır ki, Mi Mix 3-ün təqdimatı sabah Çində baş tutacaq.
    Linki kopyala