
Xiaomi Mi Mix 3'ün real fotoları sızdırılıb
Elm & Texnologiya
19.10.2018
Emil
Artıq 25 Oktyabr tarixində Xiaomi çərçivəsiz Mi Mix 3 flaqman modelini təqdim edəcək. Dünən internetdə sözügedən smartfon modelinin əks olunduğu video yayılmışdı. Bugün isə Weibo sosial şəbəkəsində Mi Mix 3-ün real fotoları ortaya çıxıb. Paylaşılmış real fotolarda Mi Mix 3-ün çərçivələrinin qalınlığını görmək olar. Bundan əlavə olaraq ilk dəfə olaraq smartfonun arxa panel fotoları da ortaya çıxıb. Beləliklə smartfonun aşağı çərçivəsi digərləri ilə müqayisədə bir qədər qalındır.

Lakin buna baxmayaraq cihazın ekranı ön panelin 95%-ni əhatə etməlidir. Bundan əlavə olaraq smartfonun ön panelinin paylaşılmış fotosunda 24 MP-lik ikili ön kameranı da görmək olar. Məlumata əsasən Mi Mix 3 Full HD+ keyfiyyətli S-AMOLED ekran və Snapdragon 845 prosessoru ilə təchiz olunacaq. Bununla yanaşı smartfonun barmaq izi skanı texnologiyası birbaşa smartfonun ekranına inteqrasiya olunacaq. Bundan əlavə olaraq şirkət rəsmi olaraq təsdiqləyib ki, Mi Mix 3 10 GB RAM-a və 5G texnologiyasına da sahib olacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
