Xiaomi Mi Mix 3-ün kameraları ilə çəkilmiş ilk fotolar təqdim olundu (VİDEO)

Xiaomi Mi Mix 3-ün kameraları ilə çəkilmiş ilk fotolar təqdim olundu (VİDEO)

Texnologiya
18.10.2018 PAYLAŞIM

    Xiaomi Mi Mix 3 flaqman modelinin təqdimatına çox az vaxt qalıb. Buna görə də internetdə sözügedən smartfon modeli barəsində daha çox məlumat ortaya çıxmağa başlayıb. Bir neçə müddət bundan öncə Xiomi şirkətinin prezidenti Mi Mix 3 modelinin dizaynının əks olunduğu fotonu və onun təqdimat tarixini paylaşmışdı. İndi isə o, Mi Mix 3-ün arxa kamerası ilə çəkilmiş iki fotonu rəsmi olaraq paylaşıb.


Bənzər xəbər


    Təqdim olunmuş fotolarda smartfon kamerasının az işıqlı mühitdə çəkiliş özəllikləri əks olunub. İkinci fotoda həmçinin smartfonun arxa kamerası ilə kadrdakı arxa fonun bulanıq düşmə özəlliyi əks olunub. Bundan əlavə olaraq paylaşılmış fotoların təsvirində qeyd olunub ki, sözügedən fotolar smartfonun ikili AI (süni zəka) kamerası vasitəsilə çəkilib. Mi Mix 3-ün kameraları barəsində dəqiq məlumat yoxdur. Lakin onun kameralarının Mi Mix 2S-dən geri qalmayacağı dəqiqdir.


    Bundan əlavə olaraq internetdə Mi Mix 3-ün maraqlı özəlliklərinin əks olunduğu video da ortaya çıxıb. Videodan da görmək olar ki, smartfonun slayder özəlliyi smartfonun ön kamerasını ortaya çıxartmaqdan və smartfonu aktiv etməkdən əlavə olaraq digər funksiyaları da yerinə yetirir. Məsələn smartfonun slayder özəlliyi sayəsində NFC vasitəsilə ödənişləri rellaşdırmaq olar. Qeyd etmək lazımdır ki, Xiaomi Mi Mix 3 rəsmi olaraq 25 Oktyabr tarixində təqdim olunacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung-un yeni texnologiyası mobil internetdə rekord sürət əldə etməyə imkan ve..

Samsung-un yeni texnologiyası smartfonlarda məlumatların ötürülməsi üzrə rekord sürət əldə etməyə im..


Alphabet holdinqi insanın eşitmə qabiliyyətini üst səviyyəyə yüksəldəcək cihaz ü..

İnsayderlərin verdikləri məlumata əsasən Google şirkətinin sahibi olan Alphabet holdinqi daşınıla bi..


Google Chrome-da istifadəçilərin izlənməsi mərhələli şəkildə dayandırılacaq..

Yeni Google Chrome 89 brauzerinin əsas yeniliyi cookie fayllarını əvəzləyəcək FLoC texnologiyası olu..


Starship kosmik gəmisinin növbəti prototipinin testi qismən uğurla yekunlaşıb (V..

SpaceX-in Starship adlı kosmik gəmisinin növbəti prototipi sonunda 10 km yüksəkliyə qalxa və qəzasız..


Elon Musk Texas ştatında şəhər inşasını planlaşdırır

Elon Musk dəfələrlə Marsda şəhər inşa etmək planlarından danışıb.


Facebook-un ilk AR eynəyinin nə zaman satışa çıxacağı məlum olub

Facebook-un top meneceri şirkətin ilk AR eynəyi barəsində yeni məlumatlar verib. Verilmiş məlumatlar..

×