main-post-cover

    Xiaomi Mi Mix 3s'in güman olunan texniki göstəriciləri, qiyməti və satış tarixi məlum olub

    Elm & Texnologiya
    04.12.2018
    Farid Pardashunas
        iGeekPhone adlı məşhur mənbə hələ təqdim edilməmiş Xiaomi Mi Mix 3s flaqman smartfonunun mümkün texniki göstəriciləri və çıxış tarixi barəsində məlumatlar verib. Beləliklə Mi Mix 3s modeli adi Mi Mix 3 kimi slayder formatında hazırlanacaq və 2340x1080 piksel keyfiyyətli 6.5 inç genişformatlı AMOLED ekranla təchiz olunacaq. Ekran smartfonun ön panelinin 95%-ni əhatə edəcək və ona barmaq izi skanı texnologiyası inteqrasiya olunacaq.
        Əsas texniki göstəricilərə gəldikdə isə Mi Mix 3s Snapdragon 855 proessoru, 8/12 GB RAM, 1 TB-a kimi daxili yaddaş, 20 MP + 16 MP + 13 MP üçlü arxa kamera, 24 MP-lik ön kamera və Quick Charge 4.0 sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon MIUI 10 interfeysli Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. iGeekPhone-nun verdiyi məlumata əsasən Xiaomi Mi Mix 3s gələn ilin sonuna yaxın 620$ qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər