main-post-cover

    Xiaomi Mi Mix 4-ün kameraları barəsində yeni məlumatlar verildi

    Elm & Texnologiya
    26.08.2019
    Farid Pardashunas
         Artıq sentyabr ayında Xiaomi şirkəti 108 MP-lik kameraya sahib yeni flaqman smartfonunu təqdim etməlidir. Böyük ehtimal ilə bu, Xiaomi Mi Mix 4 smartfonu olacaq. Lakin Çində artıq Mi Mix adında servis fəaliyyət göstərdiyi üçün smartfonun adı da dəyişiləcək. İndi isə Xiaomishka ləqəbli insayder smartfonun kameraları barəsində yeni məlumatlar verib.
         Onun sözlərinə əsasən Mi Mix 4 modeli 108 MP-lik ISOCELL Bright HMX kamera modulundan əlavə olaraq 16 MP-lik genişformatlı sensor və 12 MP-lik periskop teleobyektivi ilə təchiz olunacaq. Məlumatda qeyd olunub ki, yeni smartfon 108 MP-lik kamera modulunu əldə edəcək ilk smartfon olmaqla yanaşı həmçinin müəyyən müddətlik bu kameranı ədə etmiş yeganə smartfon olacaq.
         108 MP-lik kamera modulunu əldə edəcək növbəti smartfon modeli isə Galaxy S11 olacaq. Qeyd etmək lazımdır ki, daha öncədən Xiaomi şirkətinin məhsullar üzrə direktoru bildirmişdi ki, Mi Mix 4 modeli super teleobyektiv kamera sensorunu əldə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər