main-post-cover

    'Xiaomi' özünün ən ucuz smartfonu olan Redmi 5A-nı təqdim etdi

    Elm & Texnologiya
    16.10.2017
    Farid Pardashunas
    “Xiaomi” şirkəti keçən ilki modeldən demək olar ki, fərqlənməyən Redmi 5A-nı təqdim etdi.
    Xarici görünüşcə Redmi 5A heç dəyişilməyib. Smartfon boz, qızılı və çəhrayı rənglərdə olan həmin metal korpusa sahibdir. Gözə çarpan xarici dəyişiklik isə arxa paneldə olan səsgücləndirici qəfəsidir. Belə ki, keçən ilki modeldən fərqli olaraq yeni modeldə həmin hissə daha böyük olub. Qiyməti ucuz olduğu üçün smartfonun barmaq izi skanı yoxdur. Ön paneldə isə sensorlu idarəetmə düymələri yerləşdirilib. Arxa kamera keçən ilki modeldə olduğu kimidir.

    Lakin ön kameranın diafraqması genişlənərək f/2.0 olub. Əsas mənfi xüsusiyyət isə batareyadadır. Redmi 4A-dan (3120 mAh) fərqli olaraq yeni smartfon 3000 mAh enerji tutumlu batareyaya sahibdir. Digər texniki göstəricilərinə gəldikdə isə Redmi 5A, 5 inç HD ekran, 1.4 GHz tezlikli 4 nüvəli Snapdragon 425 prosessoru, 2 GB RAM, 16 GB daxili yaddaş (microSD dəstəkli), 13 MP-lik arxa, 5 MP-lik ön kmaera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 8 ara üzlü Android əməliyyat sistemi vasitəsilə çalışır. Redmi 5A, Xiaomi seriyasının ən ucuz smartfonu adına laiqdir. Belə ki, Çində o, 90$ qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər