Logo
    main-post-cover

    Xiaomi Pad 6 Max planşeti barəsində yeni məlumatlar verilib

        Son zamanlarda Xiaomi şirkətinin Xiaomi Pad 6 Max adlı yeni planşet üzərində çalışdığı məlumatları ortaya çıxır. İndi isə insayderlər sözügedən yeni planşetin texniki göstəriciləri barəsində bəzi məlumatları veriblər. Verilmiş məlumata əsasən Xiaomi Pad 6 Max modeli Xiaomi Pad 6 Pro-nun kopyası olacaq. Yeni planşetdə olacaq əsas fərqləndirici özəllik isə ekran ölçüsü olacaq. Belə ki, Xiaomi Pad 6 Max-ın 14 düym ekranla təchiz olunacağı qeyd edilib.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, Xiaomi Pad 6 Max modeli 11 düym ölçülü ekrana sahibdir. Digər texniki göstəricilər baxımından Xiaomi Pad 6 Max modeli Xiaomi Pad 6 Pro ilə eyni olacaq. Yəni yeni planşet Snapdragon 8+ Gen 1 prosessoru, 50 MP + 2 MP ikili arxa kamera, 20 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 8600 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Xiaomi Pad 6 Max-ın nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər