main-post-cover

    Xiaomi Redmi Note 5-in yeni fotosu sızdırıldı

    Elm & Texnologiya
    12.02.2018
    Farid Pardashunas
    “Xiaomi” şirkəti aktiv olaraq Redmi Note 5 modeli üzərində çalışır.
    Bugün isə internetə sözügedıən smartfon modelinin yeni render fotosu yayılıb. Sızdırılmış fotodan da görmək olar ki, Redmi Note 5 18:9 nisbətində daha uzunsov ekrana sahib olacaq. Əvvəlki modellərdən fərqli olaraq yeni smartfonun üst və alt çərçivələri də daha nazik olacaq. Bundan əlavə olaraq cihaz biri 16 MP digəri isə 5 MP olmaqla şaquli ikili arxa kamera ilə təchiz olunacaq.

    Kameranın aşağı hissəində işıqlandırma sistemi və barmaq izi skanı texnologiyası yerləşəcək. Ön kamera isə 8 MP-lik olacaq. Güman olunur ki, Redmi Note 5 5.99 inç Full HD+ ekran, Snapdragon 636 və ya Snapdragon 630 prosessoru, 4 GB RAM, 32/64 GB daxili yaddaş və 4100 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun MIUI 9 interfeysli Android Nougat əməliyyat sistemi vasitəsilə çalışacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər