Xiaomi şirkəti 80 vatt gücündə olan yeni sürətli naqilsiz şarj texnologiyasını təqdim edib (VİDEO)

Xiaomi şirkəti 80 vatt gücündə olan yeni sürətli naqilsiz şarj texnologiyasını təqdim edib (VİDEO)

Texnologiya
19.10.2020 PAYLAŞIM

    Xiaomi şirkəti Çində 80 vatt gücündə olan Wireles Charging Technology adlı yeni sürətli naqilsiz şarj texnologiyasını təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. 80 vatt gücündə olan bu yeni sürətli şarj texnologiyası 4000 mAh enerji tutumlu batareyanı 1 dəqiqə ərzində 10% enerji, 8 dəqiqə ərzində 50% enerji, 19 dəqiqə ərzində isə 100% enerji ilə təmin edə bilir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Xiaomi-nin keçmiş sürətli naqilsiz şarj texnologiyasının maksimal gücü 50 vatt təşkil edir.


    Həmin texnologiya Mi 10 Ultra flaqman smartfonunda istifadə olunur. Həmin texnologiya 4500 mAh həcmli batareyanı 40 dəqiqə ərzində 100% enerji ilə təmin edir. Xiaomi-nin 80 vatt gücündə olan yeni sürətli şarj texnologiyasının nə zaman istifadəyə veriləcəyi bilinmir. Çox güman ki, o, şirkətin yeni flaqman smartfonunda istifadəyə veriləcək. Son məlumatlara əsasən şirkətin yeni flaqman smartfonu gələn ilin birinci yarısında təqdim olunacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung-un yeni texnologiyası mobil internetdə rekord sürət əldə etməyə imkan ve..

Samsung-un yeni texnologiyası smartfonlarda məlumatların ötürülməsi üzrə rekord sürət əldə etməyə im..


Alphabet holdinqi insanın eşitmə qabiliyyətini üst səviyyəyə yüksəldəcək cihaz ü..

İnsayderlərin verdikləri məlumata əsasən Google şirkətinin sahibi olan Alphabet holdinqi daşınıla bi..


Google Chrome-da istifadəçilərin izlənməsi mərhələli şəkildə dayandırılacaq..

Yeni Google Chrome 89 brauzerinin əsas yeniliyi cookie fayllarını əvəzləyəcək FLoC texnologiyası olu..


Starship kosmik gəmisinin növbəti prototipinin testi qismən uğurla yekunlaşıb (V..

SpaceX-in Starship adlı kosmik gəmisinin növbəti prototipi sonunda 10 km yüksəkliyə qalxa və qəzasız..


Elon Musk Texas ştatında şəhər inşasını planlaşdırır

Elon Musk dəfələrlə Marsda şəhər inşa etmək planlarından danışıb.


Facebook-un ilk AR eynəyinin nə zaman satışa çıxacağı məlum olub

Facebook-un top meneceri şirkətin ilk AR eynəyi barəsində yeni məlumatlar verib. Verilmiş məlumatlar..

×