main-post-cover

    Xiaomi şirkəti artıq MIUI 13-ün hazırlanmasına start verib

    Elm & Texnologiya
    27.04.2020
    Emil Nəcəfov
        Xiaomi şirkətinin hələ dünən MIUI 12 interfeysini təqdim etməsinə baxmayaraq o qeyd edib ki, artıq MIUI 13 üzərində çalışmağa başlayıb. Bu barədə IThome saytı xəbər verib. MIUI 12-nin təqdimatından sonra şirkət öz rəsmi forumunda çinli istifadəçilər arasında MIUI 13-də reallaşdırılacaq funksiyalar barəsində sorğuya start verib. Xiaomi istifadəçilərin MIUI 13-də hansı yenilikləri görmək istədiklərini anlamağa çalışır. Sorğuda foto, batareya, cihazlar arasındakı qarşılıqlı əlaqə, təhlükəsizlik, müxtəlif servislər, konfidensiallıq, musiqi, səs keyfiyyət və s. kimi mövzulara toxunulub. Qeyd etmək lazımdır ki, MIUI 12-nin beta-testinə Çində artıq start verilib. Onun stabil versiyası isə iyun ayının sonunda istifadəyə veriləcək.
    Linki kopyala