main-post-cover

    Xiaomi şirkəti MIUI 12 interfeysini təqdim etdi

    Elm & Texnologiya
    27.04.2020
    Farid Pardashunas
        Çoxlu sayda olmuş məlumat sızıntısından sonra Xiaomi şirkəti sonunda MIUI 12 istifadəçi interfeysini təqdim etdi. Tərtibatçıların sözlərinə əsasən MIUI-nin 12-ci versiyası sıfırdan hazırlanıb və əvvəlki versiyadan fərqləndirici bir sıra özəlliklərə sahibdir. Dəyişikliklər demək olar istifadəçi interfeysinin hər bir özəlliyini əhatə edirlər. Tətbiqlərin konfidensiallıq ayarlarından tutulmuş xarici tərz quruluşuna kimi. Bu barədə Gizchina saytı xəbər verib. MIUI 12-nin interfeysi hamar keçidlərə sahib yeni animasiyalar əldə edib. Onun dizaynı bir növ Apple iOS-i xatırladır.
        Həmçinin interfeysin şriftləri də dəyişib. Belə ki, onların kontrastları günün vaxtına əsasən dəyişirlər. Şirkət MIUI 12-də kosmetik yenilənmə ilə kifayətlənməyib. Belə ki, interfeys geniş Always on Display ayarlarını təqdim edir. Onların arasında təkmilləşdirilmiş Dark Mode rejimi, qeydlər və kamera kimi orijinal tətbiqlərin yenidən emal edilmiş versiyaları var. Daha bir yenilik də həmçinin Super Wallpaper adlı dinamik temalardır. Onlar həm bloklanma həm də əsas ekranda tema təsvirlərini hamar şəkildə dəyişirlər.
    Xiaomi EMUI 12
        Yeni interfeysdə istifadəçilərin konfidensiallıqlarına böyük diqqət ayrılıb. Əgər hansısa tətbiq GPS, kamera və s. tətbiq məlumatlarından istifadə etmək icazəsini istəyirsə, bu barədə məlumat smartfon ekranında əks olunacaq. Bununla yanaşı şirkət məlumat sızıntılarının baş verməməsi üçün bir sıra təhlükəsizlik sertifikatlarını da yeniləyib. Sistem səviyyəsində fəaliyyət göstərən xüsusi qoruyucu funksiya istifadəçi tərəfindən qadağan edilmiş və fon rejimində çalışan proqram aktivliklərini bloklayır.
        Multitasking sistemi istisna olmayaraq bir sıra dəyişikliklərə məruz qalıb. Məsələn hansısa tətbiqin vəziyyətini öyrənmək üçün onu ekranın künc hissəsinə keçirtmək lazımdır. Bu halda istifadəçi hər hansı tətbiqi böyük olmayan pəncərə şəklində ekrana bağlayacaq. Bu özəllik sayəsində istifadəçi filmə baxaraq və ya oyun oynayaraq lazımi mesajlara cavab verə biləcək. MIUI 12-də istifadəçi səhhətinin monitorinqi funksiyaları reallaşdırılıb. Belə ki, interfeys minimal enerji sərfiyyatı sayəsində istifadəçinin gündəlik aktivliyini monitorinq edə bilir. Qeyd etmək lazımdır ki, MIUI 12-nin beta-testinə Çində artıq start verilib. Onun qlobal versiyasının beta-testi bir qədər sonra baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər