Xiaomi şirkəti elektromobil bazarına daxil olacağını rəsmi şəkildə elan edib
Elm & Texnologiya
30.03.2021
Farid Pardashunas
İrimiqyaslı təqdimat tədbirinin ikinci hissəsinin keçirilməsinə saatlar qalmış Xiaomi şirkəti vacib bir elanı təqdim edib. Belə ki, şirkət bildirib ki, o, smart elektromobillər bazarına daxil olur. Buna sübut olaraq şirkət bu məsələ ilə bağlı vacib sənədin fotosunu təqdim edib. Təqdim olunmuş sənəddə qeyd edilib ki, şirkətin direktorlar şurası elektrikli smart nəqliyyat növləri bazarına daxil olmağı qərara alıb. Məlumatda qeyd edilib ki, bu istiqamətdə olacaq ilk investisiyaların miqdarı 1.52 milyard dollar təşkil edəcək. Yaxın 10 il ərzində isə şirkət sözügedən sahəyə 10 milyard dollar investisiya yatırmağı planlaşdırır.
Xiaomi-nin avtomobil şöbəsinə şirkətin yaradıcısı və CEO-su olan Lei Jun rəhbərlik edəcək. Şirkət bu məsələdə daha çox məlumatı bugün keçiriləcək təqdimat tədbirində verəcək. Qeyd etmək lazımdır ki, Xiaomi-nin elektromobil bazarına daxil olacağı barəsində məlumat daha öncədən də yayılmışdı. Bir neçə müddət bundan öncə Reuters saytı bu məlumatı təsdiqləmişdi və qeyd etmişdi ki, yaxın günlərdə Xiaomi bunu elan edəcək. Nəticədə bu baş verdi. Bir sıra məlumatlara əsasən Xiaomi elektromobil istehsalı məsələsində Çinin Great Wall adlı avtomobil istehsalçısı ilə əməkdaşlıq edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ