Xiaomi şirkəti Galaxy Z Flip və Motorola RAZR formatında qatlana bilən smartfon üzərində çalışır

Xiaomi şirkəti Galaxy Z Flip və Motorola RAZR formatında qatlana bilən smartfon üzərində çalışır

Texnologiya
22.04.2020 PAYLAŞIM

    İnternetdə məlumat ortaya çıxıb ki, Xiaomi şirkəti Galaxy Z FlipMotorola RAZR formatında qatlana bilən smartfon modelini satışa çıxartmağa hazırlaşır. Bu barədə Zdnet saytı xəbər verib. Verilmiş məlumata əsasən Xiaomi şirkəti öz qatlana bilən smartfon modeli üçün OLED ekranların istehsalı məsələsində Samsung ilə razılığa gəlib.

    Həmçinin məlumatda qeyd edilib ki, Xiaomi OLED ekran məsələsində LG şirkətinə də müraciət edə bilər. Qeyd etmək lazımdır ki, hal hazırda bazarda bu cür ekranların istehsalı ilə həmçinin BOE CSOT şirkətləri də məşğul olurlar. Lakin Xiaomi-nin fikrincə OLED ekran istehsalında Samsung və LG şirkətləri daha peşəkardırlar.


    Təəssüflər olsun ki, Xiaomi-nin qatlana bilən smartfonu barəsində məlumat yoxdur. Gözləntilərə əsasən bu, flaqman texniki özəlliklərə sahib premium smartfon modeli olacaq. Həmin smartfon Galaxy Z Flip və Motorola RAZR modelləri ilə rəqabət aparacaq. Smartfonun irimiqyaslı istehsalı bu ilin ikinci rübünə planlaşdırılıb. Bu isə o deməkdir ki, smartfon ya bu ilin sonunda ya da gələn ilin əvvəlində satışa çıxacaq.



DAHA ÇOX


Lenovo şirkəti Tab M11 planşeti üzərində çalışır

Lenovo şirkəti bu ilin əvvəlində 5G dəstəkli Tab M10 planşetini təqdim etmişdi.


OnePlus Buds Pro 3 naqilsiz qulaqlığının fotoları təqdim edilib

OnePlus şirkətinin hal hazırda üzərində çalışdığı yeni məhsullardan biri də OnePlus Buds Pro 3 adlı ..


ChatGPT dəstəkli smart eynək təqdim edilib - QİYMƏTİ

Solos adlı şirkət süni zəka əsaslı ChatGPT çat-botuna sürətli keçid funksiyasına sahib AirGo 3 adlı ..


Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, OpenAI CEO-su ilə süni zəka dəst..

The Information saytının verdiyi məlumata əsasən Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, Ope..


Meta Quest 3 qarışıq reallıq cihazının satış tarixi açıqlanıb (VİDEO)..

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Meta Quest 3 qarışıq reallıq (AR + VR) cihazın..


Ray-Ban Meta Smart Glasses smart eynəyi təqdim edilib - QİYMƏTİ (VİDEO)

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Ray-Ban Meta Smart Glasses smart eynəyini təqd..

×