main-post-cover

    Xiaomi şirkəti Mi 10 Youth Edition 5G smartfonunu təqdim etdi

    Elm & Texnologiya
    27.04.2020
    Farid Pardashunas
        MIUI 12 interfeysi ilə birlikdə Xiaomi şirkəti cavan insanlar üçün nəzərdə tutulmuş Mi 10 Youth Edition 5G smartfon modelini də təqdim etdi. Sözügedən smartfon diqqət çəkən texniki göstəricilərdən əlavə olaraq həmçinin təkmilləşdirilmiş kameralar ilə də təchiz olunub. Bununla yanaşı Mi 10 Youth Edition 5G smartfonu məişət texnikasını idarə etmək üçün infraqırmızı sensora, NFC çipə və sürətli şarj texnologiyasına sahibdir. Beləliklə Mi 10 Youth Edition 5G smartfonu Full HD+ keyfiyyətli 6.57 düym AMOLED ekran ilə təchiz olunub.
        Ekranın özü isə Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub və HDR10+ texnologiyasını dəstəkləyir. Ön kamera ekran üzərindəki damcı formalı çıxıntı hissənin daxilində yerləşdirilib. Əsas texniki özəlliklərə gəldikdə isə smartfon Snapdragon 765G prosessoru, Adreno 620 qrafik sürətləndirici, 6/8 GB RAM, 64/128/256 GB daxili yaddaş həcmi, 48 MP (f/1.79 diafraqma) + 8 MP (f/2.2 diafraqma) + 8 MP (f/2.4 diafraqmalı teleobyektiv) + 2 MP (makroobyektiv) dördlü arxa kamera, 16 MP-lik ön kamera və 22.5 vatt gücündə sürətli şarj texnologiyalı 4160 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Qeyd etmək lazımdır ki, barmaq izi skanı texnologiyası smartfonun ekranına inteqrasiya edilib. Smartfonun teleobyektivi 5 qat optik zoomu, 10 qat hibdrid zoomu və 50 qat rəqəmsal zoomu dəstəkləyir. Mi 10 Youth Edition 5G MIUI 11 interfeysli Android 10 əməliyyat sistemi ilə çalışır. Lakin müəyyən müddətdən sonra o, MIUI 12-yə kimi yenilənəcək. Xiaomi Mi 10 Youth Edition 5G smartfonu 30 aprel tarixində Çində satışa çıxacaq. Onun satış qiymətləri isə aşağıdakı kimidir:
    - 6 GB RAM + 64 GB daxili yaddaş həcmi - 296$
    - 6 GB RAM + 128 GB daxili yaddaş həcmi - 324$
    - 8 GB RAM + 128 GB daxili yaddaş həcmi - 353$
    - 8 GB RAM + 256 GB daxili yaddaş həcmi - 395$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər