main-post-cover

    Xiaomi şirkəti Mi Band 5-in təkmilləşdirilmiş versiyası üzərində çalışa bilər

    Elm & Texnologiya
    03.07.2020
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə Xiaomi şirkəti 2 variantda Mi Band 5 fitnes qolbağını təqdim etmişdi. Onlardan biri NFC modula sahibdir, digəri isə NFC modulsuzdur. Yeni məlumat sızıntısına əsasən isə şirkət daha bir Mi Band 5 modelini təqdim etməyə hazırlaşır və həmin model təkmilləşdirilmiş özəlliklər ilə digərlərindən fərqlənəcək. Bu barədə Gizmochina saytı xəbər verib.
        NFC modula sahib yeni Mi Band 5 lokal bazar üçün Kongming, qlobal bazar üçün isə York kod adlarına sahibdir. NFC modulsuz modelin kod adı Kongming L kimi qeyd olunur. Lakin Mi Fit tətbiqində KongmingPro kod adına sahib cihaz qeyd olunub. Güman edilir ki, söhbət, Mi Band 5 Pro modelindən gedir. Mi Band 5-in Pro versiyasının digər versiyalardan nə ilə fərqlənəcəyi barəsində heç bir məlumat yoxdur. Lakin dəqiq olan odur ki, o, NFC modul ilə təchiz olunacaq. Mi Band 5 Pro modelinin nə zaman təqdim olunacağı da bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər