Xiaomi şirkəti Mi Watch Pro üzərində çalışır
Elm & Texnologiya
06.11.2019
Farid Pardashunas
Dünən Xiaomi şirkəti özünün Mi Watch adlı smart saat modelini təqdim etdi. İndi isə internetdə məlumat ortaya çıxıb ki, şirkət Mi Watch-un daha təkmilləşdirilmiş versiyasını satışa çıxarda bilər. Bu barədə Gagadget saytı xəbər verib. Məşhur hindistanlı insayder Mukul Sharma-nın sözlərinə əsasən şirkət artıq Mi Watch Pro modeli üzərində çalışır.
Təəssüflər olsun ki, Mi Watch Pro barəsində hələki heç bir məlumat verilməyib. Sadəcə olaraq məlum olan odur ki, adi Mi Watch-dan fərqli olaraq Pro model dairəvi gövdə və ekran əldə edəcək. Güman etmək olar ki, Pro modelin texniki göstəriciləri adi Mi Watch ilə eyni olacaq. Mi Watch Pro-nu dəqiq şəkildə bu il gözləmək lazım deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)