Xiaomi şirkəti Redmi 8 prosessorunun zəif hesab edilməsinə aydınlıq gətirdi

Xiaomi şirkəti Redmi 8 prosessorunun zəif hesab edilməsinə aydınlıq gətirdi

Texnologiya
15.10.2019 PAYLAŞIM

    Hələ bir neçə müddət bundan öncə təqdim edilmiş Redmi 8 smartfon modeli keçən ilki model ilə müqayisədə daha təkmilləşdirilmiş özəlliklər əldə edib. Lakin onun prosessoru keçən ilki modelin porsessoru ilə müqayisədə daha zəif olub. Bunun əsas səbəbini isə Xiaomi şirkətinin vitse-przidenti Lu Weibing istifadəçilərə başa salıb. Bu barədə Gizmochina saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Redmi 8 modeli Snapdragon 439 prosessoru ilə təchiz olunub. Keçən ilki Redmi 7 modeli isə Snapdragon 632 prosessoru ilə təchiz olunur.

    Lu Weibing-in sözlərinə əsasən Redmi 8-də bu cür prosessorun quraşdırılmasının əsas səbəbi şirkətin alıcılar arasında keçirtmiş olduğu sorğu olub. Belə ki, şirkət alıcılar arasında maraqlanıb ki, onlar üçün yeni smartfonda hansı özəlliklər daha önəmlidir. Sorğuda iştirak etmiş insanların çox hissəsi isə qeyd edib ki, onlar üçün ən vacib olan smartfonun daha uzun müddət çalışması və smartfon yığımının keyfiyyətidir. Nəticədə Redmi 8 modeli 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. 18 vatt gücündə olan sürətli enerji yığma texnologiyası vasitəsilə həmin batareyanı 2 saat ərzində tam şarj etmək mümkündür.


    Smartfonun sürətli şəkildə çalışması üçün şirkət ondan 2 GB RAM-ı çıxardıb və smartfona Mi Turbo 2.0 texnologiyasının dəstəyini əlavə edib. Şirkətin verdiyi məlumata əsasən Redmi 8-in sisteminin sürətli çalışması 24 aylıq istifadədən sonra yalnız 35% aşağı düşəcək. Xiaomi şirkəti bildirib ki, Snapdragon 439 prosessorunun performans göstəriciləri Snapdragon 632 prosessorunun performans göstəriciləri ilə eynidir. Beləliklə istifadəçilər hər iki halda eyni cür performansı əldə edəcəklər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google gələn həftə süni zəka vasitəsilə axtarış mövzusuna həsr edilmiş xüsusi tə..

Google gələn həftə xüsusi tədbir keçirdəcək və həmin tədbir çərçivəsində axtarış və süni zəka texnol..


Hal hazırda bazarda olan ən yaxşı avtopilot sistemlərinin reytinqi tərtib edilib..

Consumer Reports adlı qeyri-kommersiya təşkilatı avtopilot sistemlərinin yenilənmiş təhlükəsizlik re..


Meta-nın ilk smart saatının fotoları təqdim edilib

Hələ 2021-ci ildə məlumat ortaya çıxmışdı ki, Meta şirkəti öz ilk smart saatı üzərində çalışır...


Naqilsiz Nothing Ear (2) qulaqlıqlarının fotoları təqdim edilib

Hələ dünən məlum oldu ki, Nothing şirkəti artıq Nothing Phone (2) smartfonu üzərində çalışır və o bu..


Xiaomi-nin ilk elektromobilinin yeni fotoları ortaya çıxıb

Xiaomi şirkətinin ilk elektromobili dəfələrlə insayderlərin kameraları vasitəsilə çəkilib...


Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının unikal özəllikləri barə..

Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz ilk qarışıq rea..

×