
Xiaomi şirkəti Redmi brendinin ilk flaqman smartfonu üzərində çalışır
Elm & Texnologiya
11.01.2019
Emil
Dünən Redmi Note 7 smartfonunun təqdimatından sonra Xiaomi şirkətinin CEO-su Lei Jun ayrıca brendə çevrilmiş Redmi barəsində bəzi planları açıqlayıb. Onun sözlərinə əsasən şirkət artıq Redmi brendinin ilk flaqman smartfonu üzərində çalışır. Bu barədə Ithome saytı xəbər verib. Şirkətin CEO-su hazırlanan flaqman modelinin texniki göstəriciləri barəsində heç bir məlumat verməsə də bildirib ki, onun qyməti 370$ civarında olacaq. Bir sıra məlumatlara əsasən Redmi brendinin ilk flaqman smartfonu Snapdragon 855 prosessoru ilə təchiz oluna bilər. Lei Jun həmçinin bildirib ki, Redmi smartfonları əsasən online satışlar üçün nəzərdə tutulacaq və həmişəki kimi uyğun qiymətə keyfiyyətli özəlliklər təqdim edəcəklər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
