Xiaomi telefonlarına Android 8.0 ilə möhtəşəm bir yenilik gələcək: LDAC

09.07.2018 0 PAYLAŞIM 1065 OXUNMA

Xiaomi şirkəti mobil bazarda hal-hazırda ən çox satılan telefon markaları arasında ilk 5-likdədi. Şirkət rəqiblərindən fərqlənmək üçün telefonları üçün bir sıra yeniliklər üzərində işləyir. Qısa zamanda istifadəyə verilməsi gözlənilən bu özəllik Android Oreo (8.0) işlədən telefonlara gələcək. LDAC adı verilən yeni səs sistemi Xiaomi telefonlarının səs keyfiyyətini artıraraq istifadəçilərin musiqi təcrübəsini yüksəldəcək.

LDAC səs sistemi ilk növbədə Beta istifadəçilər üçün istifadəyə açıq olacaq. Stabil hala gəldikdən sonra bütün modellər(Android 8 dəstəkli) üçün yayımlanacaq.    

LDAC, Sony tərəfindən təkminləşdirilən səs kodek sistemidir. Əsasən Bluetooth dəstəkli cihazlar üçün fokuslansa da telefonların dinamikləri və standart qulaqcıqlar üçün də adaptasiya ediləcək. Android 8.0 AOSP versiya ilə istifadəçilərə təqdim edilsə də, Xiaomi bu funksiyanı öz MİUİ romlarına da gətirəcək. Bu kodekin ən əsas fərqi səs keyfiyyətini 990 kbps-ə qədər yüksəldə bilməsidir. Yəni güclü səs çıxışına malik qulaqcığınız varsa musiqi dinləməkdən zövq alacaqsınız. 

                                          

Qeyd edək ki, Qualcomm şirkəti CES 2017 konfransı zamanı yeni AptX HD səs sistemi və drayverlərini təqdim etmişdi. Əgər yüksək səs keyfiyyəti dəstəkləyən bir telefon istəyirsinizsə AptX HD drayverlərini telefonu root edərək yükləyə bilərsiniz.