
Yaponiya ilk dəfə Ayda sənət əsəri nümayiş etdirəcək!
Elm & Texnologiya
16.09.2024
Aslan
Yaponiyanın kosmik kəşfiyyata marağı, Ispace şirkətinin yeni Ay missiyası ilə yenidən gündəmə gəlib. Şirkət, 2023-cü ildəki uğursuz cəhdindən sonra, bu dəfə Ayda uğurlu eniş etməyi hədəfləyir.
Lander, SpaceX-in Falcon 9 raketi ilə Floridadan buraxılacaq və Ayın görünən səthində Mare Frigoris bölgəsinə enməyə çalışacaq. Lander-in buraxılması işin birinci hissədir. Enişin isə buraxılışdan 4-5 ay sonra həyata keçirilməsi planlaşdırılır. Beləliklə, səbirsizliklə gözlənilən bu missiya üçün bir müddət daha gözlərimizi səmaya dikməli ola bilərik.

Bu dəfəki missiyada təkcə elmi təcrübələr deyil, həm də bədii toxunuş var. Tenacious adlı kiçik rover, NASA üçün Ay torpağı olan reqolitdən nümunələr toplayacaq. Bundan əlavə, Ayda suyun elektroliz yolu ilə ayrılması üzrə təcrübələr aparılacaq. Əsərin bədii hissəsinə gəlincə, İsveçli rəssam Mikael Genberg-in "Moonhouse" adlı əsəri də bu missiyada nümayiş etdiriləcək. Bu əsərlə ilk dəfə olaraq Ayda bir sənət əsəri sərgilənəcək. Yaponiyanın Ayın tədqiqində nə qədər iddialı olduğu göz qabağındadır. Həm elmi, həm də sənəti birləşdirən bu missiya, bəlkə də gələcəkdə Ayın kommersiya xarakterli tədqiqində böyük bir addım olacaq.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
