
Yaranmış qalmaqala cavab: Apple şirkəti Facebook'dan korporativ sertifikatları geri aldı
Elm & Texnologiya
31.01.2019
Emil
Apple şirkəti Facebook-dan Enterprise Developer Certificates adlı xüsusi sertifikatı geri çəkdi. Beləliklə şirkət təsdiqlədi ki, Facebook konfidensial məlumatları əldə edərək və beləliklə istifadəçiləri riskə ataraq lisenziya razılaşması qanunlarını pozub. Apple şirkəti artıq Facebook, Instagram və Messenger də daxil olmaqla Facebook şirkəti daxilində istifadə olunan digər tətbiqlərin ilk beta versiyalarına çıxışını deaktiv edib. Həmin tətbiqlər artıq şirkətin əməkdaşlarının iPhone cihazlarında işə düşmürlər. Həmçinin ictimaiyyətin bilmədiyi tətbiqlər də bloklanıb.
Facebook ilə baş vermiş hadisəyə fikir bildirən zaman Apple şirkət qeyd edib ki, istehlakçılar arasında tətbiqlərin yayılması məqsədilə korporativ sertifikatlardan istifadə edəcək hər bir tərtibatçıdan həmin sertifikatlar geri çəkiləcək. Bizim istifadəçilərimizin və onların məlumatlarının təhlükəsizliklərinin təmin olunması üçün biz bu cür addımı atdıq. Qeyd etmək lazımdır ki, 2016-cı ildən başlayaraq Facebook şirkəti 13-25 yaş arası şəxslərə Android və iOS sistemləri üçün hazırlanmış Facebook Research tətbiqinin yüklənməsi müqabilində hər ay 20$ vəsait ödəyib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
