
Yeni bir araşdırma yuxuya ehtiyac olmadan beyin funksiyalarını yaxşılaşdırmağın mümkün olduğunu ortaya qoyub!
Elm & Texnologiya
04.12.2024
Aslan
Yeni aparılan bir araşdırma NREM yuxusunun idrak performansını necə artırdığını ortaya qoyub. Elektrik stimulyasiyası ilə yuxusuz vəziyyətdə də bu faydanı əldə etmək mümkündür.
Rice Universiteti, Houston Methodist və Weill Cornell Tibb Fakültəsindən olan tədqiqatçılar tərəfindən aparılan araşdırma əsasən yüngül bir yuxu mərhələsi olan NREM yuxusuna fokuslanıb. Tədqiqatçılar 30 dəqiqəlik bir NREM yuxusu seansından əvvəl və sonra vizual tapşırıqlar icra edən makakların neyron fəaliyyətlərini araşdırıblar. Görmə və icraedici funksiyalar üçün mühüm olan beyin bölgələrindəki minlərlə neyronun fəaliyyəti qeydə alınıb.

Nəticələr onu göstərib ki, yuxudan sonra heyvanlar vizual tapşırıqları yerinə yetirərkən əhəmiyyətli dərəcədə daha yaxşı performans nümayiş etdiriblər. NREM yuxusunun idrak performansına təsiri neyronların yuxu zamanı sinxron, oyanışdan sonra isə daha müstəqil işləməklə desinxron vəziyyətdə olması ilə əlaqələndirilib. Araşdırma həmçinin vizual korteksə aşağı tezlikli elektrik stimulyasiyası tətbiq edərək yuxunun faydalarını təqlid etməyin mümkün olduğunu göstərib. Bu stimulyasiya, yuxusuz vəziyyətdə belə idrak performansını artırıb. Bu nəticələr müəyyən beyin stimulyasiya texnikaları ilə yuxusuz halda belə idrak və qavrayış qabiliyyətlərinin inkişaf etdirilə biləcəyini ortaya qoyur.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
