Yeni gen redaktəsi sayəsində xərçəng hüceyrələrinin özü-özlərini məhv etməsi təmin edilib!
Elm & Texnologiya
11.07.2024
Farid Pardashunas
Bir çox elmi nailiyyətlərə baxmayaraq, xərçəng, hələ də müalicəsi çox çətin olan bir xəstəliklərdən biridir. Ancaq indi xərçəng hüceyrələrini intihara və bir-biri ilə mübarizəyə sövq edən bir üsul hazırlanıb.
Elm adamları, xərçəng hüceyrələrini Troya atlarına çevirən modulyar genetik sxem yaradıblar. Bu modulyar sxem, dərmana davamlı xərçəng hüceyrələrinin öz-özlərini məhv etməklərinə və öldürməklərinə imkan verir. Burada əsas yenilik iki genin və ya iki yeni “açar”ın tətbiqini nəzərdə tutur. Birinci əsas odur ki, genetik cəhətdən dəyişdirilmiş hüceyrələr, müəyyən bir dərmana məruz qaldıqda xərçəng hüceyrəsi populyasiyasının qalan hissəsi ilə rəqabət aparır, daha doğrusu, üstünlük təşkil edir. İkinci açar isə daha sonra dəyişdirilməmiş qonşuları ilə birlikdə hazırda dominant olan dəyişdirilmiş hüceyrələri öldürən bir toksin buraxır.
Nature Biotechnology-də nəşr olunan və patent üçün müraciət edilən bu texnika, mövcud xərçəng müalicələri ilə əsas problemi dəf edir. Məlum olduğu kimi, xərçəng hüceyrələri, müalicədən sonra sağ qalmağa imkan verən müqavimət mexanizmləri inkişaf etdirə bilirlər. Bu səbəbdən xərçəng hüceyrələri, bir müddət sonra müalicə üçün istifadə olunan dərmanlara qarşı müqavimət göstərə bilərlər. Bunun qarşısını almaq üçün həkimlər, tez-tez şişlərə müxtəlif yollarla hücum edən dərman birləşmələrindən istifadə edirlər. Ancaq müalicəsi çətin olan xərçənglərdə bu seçimlər kifayət qədər məhduddur.
Yeni texnika, tamamilə fərqli bir yanaşma tətbiq edir. O, yeni dərmanlar və ya hədəflər tapmaq əvəzinə, şişin sürətlə təkamül etmək qabiliyyətindən yararlanır və sadə bir şəkildə buna ona qarşı istifadə edir. Bu ikiqat açar metodunun ilk addımında elm adamları geni dəyişdirilmiş hüceyrələrin sayını çoxaldır və onları dominant edir, sonra ikinci açarı aktivləşdirir. İkinci açar, dəyişdirilmiş hüceyrələrin həm dəyişdirilmiş, həm də qonşu dəyişdirilməmiş hüceyrələri öldürə bilən toksin istehsal etməsinə səbəb olan intihar genini ehtiva edir. Bu, həqiqətən vacibdir. Çünki siz şişin yenidən böyüməsinin qarşısını almaq üçün yox etmək istədiyiniz populyasiyanı mahiyyət etibarı ilə aradan qaldırırsınız.
Bu texnikanın işləyəcəyini görmək üçün komanda, siçanlar üzərində ağciyər xərçənginə əsaslanan təcrübələr aparıb. Təcrübələr nəticəsində bir ovuc mühəndis hüceyrəsi xərçəng hüceyrələrinin populyasiyasını ələ keçirə və yüksək səviyyəli genetik heterojenliyi aradan qaldıra bilib. Tədqiqat məqaləsinə görə, genetik cəhətdən dəyişdirilmiş hüceyrələr, 20 gün ərzində orijinal hüceyrələr üzərində dominant olaraq qalıblar. 80-ci gündə isə şişlər tamamilə geriləyib. Tədqiqatçılar, hazırda bu genetik sxemi, təhlükəsiz və seçici şəkildə böyüyən şişlərə və nəticədə metastatik xəstəliyə tətbiq etmək üçün necə tərcümə edəcəkləri üzərində çalışırlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Okean axıntılarındakı dəyişikliklər dünyanı məhv edə bilər!
Okean axıntılarındakı dəyişikliklər dünyanı məhv edə bilər!
Araşdırmalara görə, okean axınlarının zəifləməsi atmosferdə karbon qazının toplanmasının artması ilə planetimizin yox olmasını sürətləndirə bilər. Cərəyanlar və iqlim dəyişikliyi arasındakı bu mürəkkəb əlaqə, bütün dünyada temperaturun yüksəlməsinə səbəb ola bilər.
Qandakı şəkərin səviyyəsini ölçə bilən "bandaja bənzər" cihaz hazırlanıb! (VİDEO)
Qandakı şəkərin səviyyəsini ölçə bilən "bandaja bənzər" cihaz hazırlanıb! (VİDEO)
Sinqapurlu alimlər, qan şəkərinin səviyyəsini tər vasitəsilə ölçə bilən bandaj hazırlayıblar. Yara bandajına bənzəyən məhsul, diabet xəstələrinin həyatını asanlaşdıracaq kimi görünür.
Tədqiqatçılar, subnanometr çiplərinin istehsalı üçün yeni metod inkişaf etdiriblər!
Tədqiqatçılar, subnanometr çiplərinin istehsalı üçün yeni metod inkişaf etdiriblər!
Cənubi Koreyalı tədqiqatçılar, subnanometr yarımkeçirici məntiq sxemlərinin istehsalı üçün yeni bir metod inkişaf etdiriblər. Bu metodla, 1D materiallar böyüdülərək tranzistorun qapılarında istifadə edilib.
Marsda yaşaya bilən səhra mamırı tapılıb!
Marsda yaşaya bilən səhra mamırı tapılıb!
Çində aparılan yeni araşdırmaya görə, Yer kürəsində həddindən artıq quraqlığa və soyuğa tab gətirə bilən səhra mamırı, Marsı yaşıl və yaşayış üçün əlverişli planetə çevirməyimizə kömək edə bilər.
Erkən kainatdakı kiçik ölçülü parlaq obyektlər alimlərdə çoxlu suallar yaradıblar
Erkən kainatdakı kiçik ölçülü parlaq obyektlər alimlərdə çoxlu suallar yaradıblar
Alimlər daha öncə erkən kainatda aşkar edilmiş kiçik ölçülü parlaq qırmızı obyektləri müşahidə etmək üçün James Webb kosmik teleskopundan istifadə ediblər.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!