
Yeni MacBook Pro-nun qutusunun fotosu ortaya çıxıb
Elm & Texnologiya
25.10.2023
Emil
Apple 30 oktyabrdan 31 oktyabra keçən gecə növbəti təqdimat tədbirini keçirəcək. Baş tutacaq tədbirdə yeni Mac kompüterlərinin təqdim olunacaqları gözlənilir. İndi isə Çinin Weibo adlı sosial şəbəkəsində növbəti nəsil MacBook Pro-ya aid olduğu iddia olunan qutunun fotosu ortaya çıxıb. Bəzi insayderlər də artıq təsdiqləyiblər ki, sözügedən fotoda həqiqətən də növbəti MacBook Pro-ya aid olan qutunun fotosu əks olunub. Fotoda əks olunmuş MacBook Pro-nun ekranındakı təsvir indiyənə kimi Apple tərəfindən MacBook modellərində istifadə edilməyib. Hər halda bu fotoya müəyyən səviyyədə şübhə ilə yanaşmaq lazımdır. Yeni MacBook Pro-nun təqdim olunub-olunmayacağı artıq gələn həftə bilinəcək.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
