
Yeni plastik çirklənmə mənbəyi aşkar edilib
Elm & Texnologiya
18.03.2025
Emil
Araşdırmalar göstərir ki, mikroskopik plastik hissəcikləri artıq torpağa, havaya və su hövzələrinə nüfuz edib. Hətta insan orqanizmində və delfinlərin ağciyərlərində belə aşkar edilib. İndi alimlər daha bir gözlənilməz plastik çirklənmə mənbəyi tapıblar. Science Alert yazır ki, minlərlə ton plastik tullantı hər il ətraf mühitə insan ağızları vasitəsilə daxil ola bilər. Bunun əsas səbəbi odur ki, satışda olan saqqızların böyük hissəsi neft əsaslı müxtəlif sintetik kauçuklardan hazırlanır.

Bu material, avtomobil təkərlərində istifadə edilən plastik maddəyə bənzəyir və çeynənmə prosesi ilə ətraf mühitə yayıla bilər. Portsmut Universitetinin Ətraf Mühit və Həyat Elmləri fakültəsinin tədqiqatçısı David Jones bildirib ki, o, plastik çirklənmə problemini araşdırmağa 15 ilini həsr edib. Maraqlıdır ki, dünyanın əksər insanları sevdikləri saqqızın əslində hansı maddələrdən hazırlandığını düşünmürlər. Qeyd edək ki, saqqızın sintetik əsasına dair dəqiq tərif mövcud deyil. Lakin kimyəvi analiz göstərir ki, saqqız əslində aşağıdakı maddələri özündə birləşdirir:
- Stirol-butadien - avtomobil təkərlərinin istehsalında istifadə olunur;
- Polietilen - plastik torbalar və butulkaların hazırlanmasında tətbiq edilir;
- Polivinil asetat - ağac yapışdırıcısının tərkib hissəsidir;
- Bəzi miqdarda dadlandırıcılar və aromatizatorlar.

Saqqızın istehsal həcmi ilə bağlı dəqiq statistik məlumatlar azdır, lakin bir elmi araşdırmaya əsaslanan qlobal qiymətləndirməyə görə, ildə 1.74 trilyon saqqız istehsal olunur. David Jones-un araşdırmalarına görə, bir saqqızın orta çəkisi 1.4 qramdır. Bu isə o deməkdir ki, hər il dünyada ümumilikdə 2.436 milyon ton saqqız istehsal edilir. Bu miqdarın təxminən 30%-i, yəni 730 000 tondan bir qədər çoxu, sintetik əsasdan ibarətdir. Alimlər narahatdırlar ki, insanlar saqqızı tüpürdükdən sonra onun taleyi barədə düşünmürlər.
Lakin digər plastik materiallar kimi, sintetik saqqız da parçalanmır və uzun illər ətraf mühitdə qala bilər. Çeynənmiş saqqız tullandıqdan sonra bərkiyir, çatlayır və mikroskopik plastik hissəciklərə parçalanır - bu proses onilliklərlə davam edə bilər. Təəssüf ki, saqqızın təmizlənməsi çətin və baha başa gələn bir prosesdir. Bəzi ölkələr saqqızın utilizasiyası üçün addımlar atıblar - bu məqsədlə xüsusi konteynerlər quraşdırılıb, lakin problem hələ də aktual olaraq qalır.

Tədqiqatçılar bildirirlər ki, saqqızın təmizlənməsi plastik çirklənmə problemini həll etməyin effektiv yolu deyil. Alimlər hesab edirlər ki, istehsalçıların bu prosesə maliyyə töhfəsi verməsi, sadəcə, plastik istehsalçılarının könüllü çimərlik təmizləmə aksiyalarına və zibil toplayıcılarına maliyyə yardımı etməsinə bənzəyir - bu addımlar problemi kökündən həll etmir. David Jones-un sözlərinə görə, təkistifadəlik plastik məmulatlar məsələsində olduğu kimi, saqqız çirklənməsinə qarşı da kompleks mübarizə aparılmalıdır. Bunun üçün aşağıdakı tədbirlər vacibdir:
- Maarifləndirmə;
- İstifadənin azaldılması;
- Alternativ məhsulların inkişafı;
- İnnovasiyalar;
- İstehsalçıların məsuliyyət daşıması;
- Qanunvericilik tədbirləri.
Mənbə: Science Alert
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Zamanın başladığı yer: Qara dəliklərin hara apardıqlarına dair fərziyyə irəli sürülüb
Albert Eynşteyn və onun Ümumi Nisbilik Nəzəriyyəsi bildirirdi ki, qara dəliyin daxilində heç nə sağ qala bilməz, çünki onun mərkəzində sinqulyarlıq yerləşir. Bu nöqtədə bütün materiya və zaman sonsuz sıxlığa malik bir nöqtəyə yığılır və burada fəza və zaman anlayışları yox olur.

Elm & Texnologiya
Günəş sistemindən kənardakı planetlərdə həyat üçün vacib element müşahidə edilib
Astronomlar, James Webb kosmik teleskopu vasitəsilə ilk dəfə olaraq Günəş sistemimizdən kənar planetlərin atmosferində karbon qazını birbaşa müşahidə ediblər. Karbon qazı Yer üzündə həyati proseslərin ayrılmaz hissəsidir.

Elm & Texnologiya
Planetimizdə həyatın necə formalaşmasına dair daha bir fərziyyə təklif edilib
Planetimizin tarixi 4.5 milyard ildən çoxdur və bu müddət ərzində Yer saysız-hesabsız canlı növlərinin məskəni olub. Lakin ən erkən həyat Yerdə necə meydana gəlib?

Elm & Texnologiya
Marsda səthaltı okeanın mövcudluğuna dair sübutlar əldə edilib
Alimlər 2018-2022-ci illərdə Marsda fəaliyyət göstərmiş NASA-nın InSight aparatının seysmik məlumatlarını yenidən təhlil ediblər. Nəticələr göstərib ki, Marsın səthindən 10-20 km dərinlikdə planetar ölçüdə bir okean əmələ gətirə biləcək böyük miqdarda maye su mövcuddur.

Elm & Texnologiya
Marsda qədim mikrob həyatına dair inandırıcı sübutlar əldə edilib
Bir neçə gün bundan öncə NASA nümayəndələri Marsda qədim mikrob həyatının ən inandırıcı izlərinin aşkar edildiyi barədə hesabat təqdim ediblər. Mars səthində fəaliyyət göstərən Perseverance aparatının əldə etmiş olduğu nümunələri yerində ətraflı analiz etmək üçün avadanlığa malik deyil, buna görə də bu tapıntılar yalnız ilkin nəticələr hesab olunur.
Ən çox oxunanlar

POCO F7 Pro və F7 Ultra-nın render fotoları ortaya çıxıb
