main-post-cover

    Yeni şarj standartı elektromobilləri bir neçə dəqiqə ərzində tam şarj edə bilir

    Elm & Texnologiya
    11.05.2020
    Farid Pardashunas
        Müasir elektromobillərin ən böyük mənfi cəhətlərindən biri də odur ki, onlar gec şarj olunurlar. Bu sahədə lider texnologiya Tesla V3 şarj texnologiyası hesab edilir. Belə ki, onun maksimal gücü 250 kilovatt-a çata bilir. Yaponiyalı və çinli mühəndislər tərəfindən hazırlanmış yeni texnologiya isə bu göstəricini 2 dəfə artırır (500 kilovatt). Bu barədə Mydrivers saytı xəbər verib. Tesla V3 texnologiyası 5 dəqiqə ərzində elektromobili o dərəcədə şarj edə bilər ki, elektromobil 120 km yol qətt edə bilsin.
        Beləliklə Tesla V3 vasitəsilə elektromobili tam şarj etmək üçün isə 10 dəqiqə vaxt lazım olacaq. China Electricity CouncilJapan Electric Vehicle Fast Charger Association-un birgə hazırladıqları CHAdeMO 3.0 adlı yeni standart 10 dəqiqə ərzində elektromobili o dərəcədə şarj edir ki, elektromobil 200 km yol qətt edə bilsin. Sözügedən yeni standart elektormobillərin şarj olunması üçün olan milli Çin standartı (GB/T) ilə uyğunlaşa bilir. Bu isə o deməkdir ki, sözügedən texnologiyanın istifadəyə verilməsi halında ondan artıq bir çox istifadəçi yararlana biləcək.
        Bununla yanaşı CHAdeMO şarj texnologiyası həmçinin Avropada da geniş yayılıb. CHAdeMO 3.0 standartının həm də istifadə olunan təchizata bir sıra tələbləri var. Məsələn daha kompakt şarj cihazının və maye soyutm sisteminin istifadəsi. Məlumata əsasən yeni texnologiya ilk öncə kommersiya nəqliyyatına inteqrasiya ediləcək. Daha sonra isə o, yüngül avtomobillər də daxil olmaqla digər nəqliyyat növlərinə inetqrasiya ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər