Yeni sızdırılmış foto Xiaomi Mi Note 10-un mövcudluğunu təsdiqlədi
Elm & Texnologiya
17.10.2019
Farid Pardashunas
Xiaomi Mi Note seriyasının son smartfon modeli 2017-ci ildə satışa çıxmışdı. Bu ilin yay fəslində isə Xiaomi şirkətinin rəhbəri bildirmişdi ki, yaxın müddətdə yeni Mi Note modelinin satışa çıxarılması planlaşdırılmır. Lakin buna baxmayaraq internetdə artıq yeni Mi Note modelinin fotoları ortaya çıxıb. Sızdırılmış tamamilə yeni foto isə Mi Note 10 modelinin mövcudluğunu təsdiqləyib. Bu barədə Gizmochina saytı xəbər verib.
TechytMr ləqəbli Twitter istifadəçisi Mi Note 10-un qutusunun fotosunu təqdim edib. Beləliklə bu foto ilə istifadəçi Mi Note 10-un mövcudluğunu dolayısı ilə təsdiqləyib. Əvvəlki məlumat sızıntılarına əsasən Mi Note 10 modeli çərçivəsiz ekran dizaynında reallaşdırılacaq və yeni Snapdragon prosessoru ilə təchiz olunacaq. Smartfonun bu ayın sonunda təqdim olunacağı gözlənilir. Onun dəqiq təqdimat tarixi və qiyməti barəsində heç bir məlumat yoxdur. Şirkət özü də smartfon barədə məlumat verməyə tələsmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)