main-post-cover

    Yenilənmiş Nokia 2720-nin qiyməti məlum oldu

    Elm & Texnologiya
    27.08.2019
    Farid Pardashunas
        Sentyabr ayənın əvvəlində baş tutacaq IFA 2019 sərgisində Nokia brendi bir neçə yeni telefon modelini təqdim edəcək. İndi isə yenilənmiş Nokia 2720-nin qiyməti ortaya çıxıb. Bundan əlavə olaraq sözügedən brend daha bir telefon modelini təqdim edəcək. Söhbət, Nokia 110 modelindən gedir. 2009-cu ildə satışa çıxmış Nokia 2720-nin yenilənmiş versiyası Nokia TA-1170 kod nömrəsinə sahibdir.
        Ortaya çıxmış məlumata əsasən yenilənmiş Nokia 2720 telefonu 4G şəbəkəsini və iki SIM kart girişini dəstəkləyəcək. İnsayderlərin verdikləri məlumatlara əsasən Nokia 2720 2019 modeli 116 avro qiymətinə satılacaq. Bundan əlavə olaraq Nokia brendi IFA 2019 sərgisində Nokia 110 telefon modelini də təqdim edəcək. Bu model iki SIM kart dəstəyini əldə edəcək və 31.35 avro qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər