Yüksək yüklənmə sürəti: SpaceX, Starlink layihəsinin beta test mərhələsinin ilk nəticələrini açıqlayıb

Yüksək yüklənmə sürəti: SpaceX, Starlink layihəsinin beta test mərhələsinin ilk nəticələrini açıqlayıb

Texnologiya
04.09.2020 PAYLAŞIM

    Yer kürəsinin orbitinə Starlink üçün növbəti 60 ədəd peyki göndərəndən sonra SpaceX şirkəti qapalı şəkildə keçirilmiş beta test mərhələsinin ilkin nəticələrini təqdim edib. Şirkətin verdiyi məlumata əsasən beta test mərhələsində yüklənmə sürəti saniyədə 100 Mbit-ə çatıb və siqnalın ötürülməsində gecikmə o dərəcədə aşağı səviyyədə olub ki, hətta yüksək sürətli internet bağlantısını tələb edən oyunları da rahat oynamaq mümkün olub. Bundan əlavə olaraq SpaceX öz peyklərində uğurla peyklərarası lazer bağlantısını da test edib.

    Bu isə perspektiv olaraq Starlink layihəsi çərçivəsində internetin sürətini daha da artırmalıdır. Bu barədə Techcrunch saytı xəbər verib. Hal hazırda Yer kürəsinin orbitində 700 ədəd Starlink peyki mövcuddur. “Bu o deməkdir ki, ən sürətli online oyunları oynamaq üçün bizim siqnal gözləntimizin müddəti aşağı düşüb. Yüklənmə sürəti isə o qədər yüksəkdir ki, eyni anda bir neçə HD formatlı filmi izləmək olar” - deyə layihənin sertifikatlaşdırılması üzrə baş mühəndisi bildirib. Məlumatda bildirilib ki, Starlink layihəsinin bağlı beta test mərhələsi planlaşdırıldığı kimi davam edir və onun irimiqyaslı testinə ilin sonuna kimi start veriləcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Tesla-nın 5-ci səviyyəli avtopilot sistemi gözlənildiyindən daha tez istifadəyə ..

Twitter-dəki abunəçiləri ilə söhbət edən zaman Elon Musk Tesla elektromobillərində nə zaman tam avto..


Samsung-un yeni texnologiyası mobil internetdə rekord sürət əldə etməyə imkan ve..

Samsung-un yeni texnologiyası smartfonlarda məlumatların ötürülməsi üzrə rekord sürət əldə etməyə im..


Alphabet holdinqi insanın eşitmə qabiliyyətini üst səviyyəyə yüksəldəcək cihaz ü..

İnsayderlərin verdikləri məlumata əsasən Google şirkətinin sahibi olan Alphabet holdinqi daşınıla bi..


Google Chrome-da istifadəçilərin izlənməsi mərhələli şəkildə dayandırılacaq..

Yeni Google Chrome 89 brauzerinin əsas yeniliyi cookie fayllarını əvəzləyəcək FLoC texnologiyası olu..


Starship kosmik gəmisinin növbəti prototipinin testi qismən uğurla yekunlaşıb (V..

SpaceX-in Starship adlı kosmik gəmisinin növbəti prototipi sonunda 10 km yüksəkliyə qalxa və qəzasız..


Elon Musk Texas ştatında şəhər inşasını planlaşdırır

Elon Musk dəfələrlə Marsda şəhər inşa etmək planlarından danışıb.

×