Logo
    main-post-cover

    Yupiterin peyki İonun yeni fotoları təqdim edilib

         NASA-nın Juno adlı kosmik aparatı Günəş sisteminin ən yüksək vulkanik aktivliyinə sahib obyektinin yeni fotolarını göndərib. Söhbət, Yupiter-in peyki İodan gedir. Qeyd etmək lazımdır ki, Juno bu kosmik cismi 2016-cı ildən müşahidə edir. Yeni fotolar 3 fevral tarixində çəkilib. Fotoların çəkilişi zamanı kosmik aparat İo-dan 1500 km aralıda olub. Fotolardan birində İo-nun səthindəki vulkanik aktivliklər nəticəsində kosmosa ifraz edilən vulkanik tullantıları görmək olar. NASA-nın sözlərinə əsasən bu, bir-birinə yaxın yerləşən iki vulkanın aktiv fəaliyyəti ilə əlaqəlidir. Qeyd etmək lazımdır ki, İonun səthində 400 aktiv vulkan mövcuddur.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...