
Zərərli Android tətbiqlərin siyahısı!
Elm & Texnologiya
07.05.2017
Farid
HummingBad virusunun inkişaf etmiş halı olan yeni Android virusu HummingWhale kəşf edildi! Sizlərə bu xəbərimizdə yeni virusun oduğu Google Play Store tətbiqlərinin siyahısını hazırladıq.
Android
ekosisteminin viruslardan tam mənasıyla azad ola bilməməsi bir reallıqdır. Amma
bu vəziyyətə rəğmən Google və digər Android istifadə edən ağıllı telefon
istehsalçıları bu mövzuda işlər görməyə davam edirlər.
İnkişaf ederək yenidən hücuma keçən virus
Ötən il içərisində10 milyondan çox Android cihaza yayılan HummingBad virusu ayda təxminən 300.000
dollar qazanc əldə edə bilirdi. Bir müddətdir ki fəaliyyəti olmayan HummingBad
virusu, sanki inkişaf edərək yenidən gəldi.
Check Pointadlı bir təhlükəsizlik firmasında çalışan tətqiqatçılar tərəfindən kəşf edilən
yeni nəsil virusun adı, HummingWhale-dir. Yeni nəsil
kodlara sahib olan HummingWhale, indiyə qədər hazırlanmış ən qarışıq Androidreklam virusu olaraq tarixə keçdi. Virtual cihazlar içərisində özünü gizləyən virusun kəşf
edilməsi olduqca çətindir. Root icazəsinə ehtiyacı olmayan virus, cihazınızın
üzərindən istehsalçısına böyük məbləğlər qazandırır.
Yuxarıda
paylaşdığımız şəkildə HummingWhale virusunu saxlayan Android tətbiqlərinin
siyahısına baxa bilərsiniz.
Paylaş
Bənzər xəbərlər