main-post-cover

    MrBeast tərəfindən Prime Video platformasında tarixin ən böyük pul mükafatlı yarışı keçiriləcək!

    Digər
    19.03.2024
    Farid Pardashunas
         İnsanlara pul hədiyyə etməklə yanaşı bir çox fərqli mövzularda əyləncəli məzmunlar hazırlayan MrBeast (Jimmy Donaldson) 245 milyon abunəçi sayı ilə dünyanın ən böyük YouTuber-lərindən biri hesab olunur. Son günlərdə ortaya çıxan məlumatlara görə isə məşhur YouTuber tamamilə yeni platformada bir daha pul mükafatları ilə qarşımıza çıxacaq.
         Belə ki, ortaya çıxan yeni məlumatlara əsasən MrBeast-in tamamilə yeni realiti və yarışma proqramı üçün Prime Video ilə iş birliyi etdiyi və yayımlanacaq proqramın “Beast Games” olaraq adlandırıldığı bildirilib. Bu xəbər MrBeast-in son aylarda Prime Video ilə danışıqlar apardığı iddialarından sonra ortaya çıxıb.
         Bundan əlavə, "Beast Games" qalibinin 5 milyon dollar pul mükafatı alacağı da qeyd edilir. İddialara görə bu yarışma televiziya tarixindəki ən böyük pul mükafatına sahib şou-proqramlardan biri olacaq. Yarışmanın təfərrüatları və hansı oyunların olacağı barədə hələlik dəqiq məlumatlar yoxdur. Prime Video-nun bildirdiyinə görə, 5 milyon dollarlıq pul mükafatı üçün 1000 nəfər mübarizə aparacaq və yarışlar "sürətli tempdə və böyük produksiya" ilə keçiriləcək. Onu da əlavə edək ki, proqram serial formatında birdən çox epizodla təqdim ediləcək.
         MrBeast, həm "Beast Games"in aparıcısı, həm də icraçı prodüseri kimi fəaliyyət göstərəcək. Yalnız Prime Video platformasında izləniləcək olan müsabiqənin çıxış tarixi hələlik məlum deyil. Məşhur YouTuber müsabiqə ilə bağlı açıqlamasında bunları deyib: “Məqsədim mümkün olan ən yaxşı proqramı hazırlamaqdır. Əlavə olaraq, YouTuber və məzmun yaradıcılarının digər platformalarda da uğur qazana biləcəklərini də sübut etmək istəyirəm. Amazon bunun üçün mənə lazım olanları verdi. Mən də YouTube ictimaiyyətini qürurlandırmaq istəyirəm.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MrBeast X-da paylaşdığı ilk videodan 250 min dollar qazandı!
    mrbeast-x-da-paylasdigi-ilk-videodan-250-min-dollar-qazandi