'Cannes Lions 2018'də 2 kateqoriya üzrə qaliblər məlum oldu [VİDEOLAR]

TEXNOLOGİYA


19.06.2018 0 PAYLAŞIM 3007 OXUNMA


BirBank və Technote "Cannes Lions"dan təqdim edir.    

    Xəbər verdiyimiz kimi "Cannes Lions" Beynəlxalq yaradıcılıq festivalının ilk günündə planlaşdırılan 2 kateqoriya üzrə qaliblərin adları məlum oldu. "Health and Wellness Lions""Pharma Lions" kateqoriyasında mükafatlar öz sahibini tapdı. Bundan əlavə təqdimat gecəsində "Healthcare" sahəsi üzrə ilin reklam agentliyi və reklam şəbəkəsinin adları da açıqlanıb.

   "Health and Wellness Lions" və "Pharma Lions" kateqoriyaları üzrə əsas mükafat olan "Grand Prix" nəzərdə tutulsa da "Pharma Lions" kateqroiyasında heç bir iş bu mükafata laiq görülmədi. Görünən odur ki, juri bu kateqoriyada olan işlərin heç birini "Grand Prix"ə laiq görməyib.

    8 Qızıl Aslan, 12 Gümüş aslan və 18 Brünc Aslan mükafatının verildiyi "Health and Wellness Lions" kateqoriyasında "Grand Prix" mükafatını "Corazón – Give Your Heart" adlı reklam işi aldı. New York mərkəzli "John X Hannes" agentliyi "Montefiero" şirkətinin sifarişi ilə bu işi ortaya çıxarmışdı. 

    Xüsusi kateqoriya olan "Lions Health Grand Prix for Good" mükafatını isə Hindistanın "TBWAINDIA" reklam şirkəti aldı. "Blink to Speak" adlı bu iş "ASHA EK HOPE FOUNDATION" üçün hazırlanıb.


"Pharma Lions" kateqoriyasında isə "Grand Prix" qazanan iş olmasa da 3 Qızıl Aslan mükafatı sahibini tapdı. 

"Healthcare" kateqoriyası üzrə ilin ən yaxşı reklam agentliyi - "Havas Lynx Manchester", ən yaxşı reklam şəbəkəsi isə "FCB Health" seçildi.

     "Cannes Lions" səfərimizin əsas tərəfadaşı "BirBank" mobil əlavəsidir. Ölkədə bankçılıq sektorunda innovativ həllər təqdim edən, eyni zamanda marketinq, reklam və kommunikasiya sahəsində kifayət qədər işlər görən Kapital Bank-ın yeni məhsulu olan "BirBank" əlavəsi, istər bank istərsə də qeyri-bank müştərilərinə banka getmədən bir çox əməliyyatları mobil tətbiq vasitəsilə həll etmək imkanını verir. Tətbiqi iOS və Android mağazalarından aşağıdakı linklər vasitəsilə yükləyə bilərsiniz.

BirBank Android      |      BirBank iOS