Logo
    main-post-cover

    'Cannes Lions' Beynəlxalq Yaradıcılıq Festivalı son mükafat təqdimatı ilə başa çatdı!

    Cannes Lions
    24.06.2023
    Sabina
    “Cannes Lions” Beynəlxalq Yaradıcılıq Festivalından yayımlar "Azercell"in eksklüziv tərəfdaşlığı ilə təqdim olunur.
    Mükafat mərasimində layihələr “Film”, Glass: The Lion for ChangeSustainable Development Goals The Dan Wieden Titanium” kateqoriyaları əsasında mükafat qazandı. Bunlarla yanaşı, “İlin Yaradıcısı”, “İlin Yaradıcı Şirkəti”, “İlin Şəbəkəsi”, “İlin Müstəqil Şəbəkəsi”, “İlin Agentliyi”, “İlin Müstəqil Agentliyi”, “İlin Yaradıcı Brendi”, “Palme d'Or” və digər kateqoriyalar üzrə “İlin Agentliyi” mükafatları öz sahiblərini tapdı.
    “Film” kateqoriyasında 1867 “entry” və 49 “Şir” açıqlandı:
    6 qızıl, 16 gümüş və 25 bürünc
    Kateqoriyada iki “Grand Prix” verildi ki, bunlardan biri “Apple”ınRelax, It's ‌iPhone‌ – R.I.P. Leon”, digəri isə “CALM” və “ITV”nin “The Last” Photo layihəsi üçün idi. Qeyd edək ki, “The Last Photo” layihəsi “adam&eveDDB” agentliyinin işi idi.
    “Glass: The Lion for Change” kateqoriyasında 184 “entry” və 7 “Şir” qeydə alındı:
    1 qızıl, 2 gümüş və 3 bürünc
    Və “Grand Prix” mükafatını isə “Knock Knock” layihəsi ilə Koreya Milli Polis Agentliyi evə apardı. Layihənin arxasında isə “Cheil Worldwide” komandası dayanırdı.
    “Sustainable Development Goals” kateqoriyasına keçid edək. Burada 691 “entry” və 21 “Şir” mükafatına rast gəlmək olar:
    2 qızıl, 8 gümüş və 10 bürünc
    “Grand Prix” isə “Mastercard” və “McCann Poland” şirkətlərinin iş birliyi olan “Where to Settle” layihəsinə təqdim olundu.
    “Dan Wieden Titanium Lions” kateqoriyası 176 “entry” və 3 “Titanium Lions” ilə nəticələndi.
    “Grand Prix”ni isə “The Monkeys” tərəfindən Tuvalu hökuməti üçün hazırlanmış “The First Digital Nation” proyekti qazandı. 
    Kateqoriyalar üzrə mükafatlardan sonra xüsusi “Şir”lər dünyanın dörd bir yanından yaradıcı şəxslərə və agentliklərə verildi. İlk dəfə təqdim olunan “İlin Yaradıcısı” kimi isə məşhur rejissor, ssenarist və prodüser Spike Lee açıqlandı.
    Digər xüsusi mükafatlar isə aşağıdakı kimi idi:
    “İlin Yaradıcı Şirkəti”:
    Omnicom
    WPP
    Interpublic Group
     
    “İlin Şəbəkəsi”:
    DDB Worldwide
    Ogilvy
    BBDO Worldwide
     
    “İlin Müstəqil Şəbəkəsi”:
    GUT
    Wieden+Kennedy
    Rethink
     
    “İlin Agentliyi”:
    GUT, Argentina
    Publicis Conseil, Fransa
    adam&eveDDB, Birləşmiş Krallıq
     
    “İlin Müstəqil Agentliyi”:
    GUT, Argentina
    Rethink, Kanada
    Wieden+Kennedy, ABŞ
     
    “Palme d’Or”:
    Somesuch, ABŞ
    SMUGGLER, Birləşmiş Krallıq
    Biscuit Filmworks, ABŞ
    Spoon., Yaponiya
    Rebolucion, Meksika
     
    “İlin Yaradıcı Brendi”:
    Apple
    Dove
    Heineken
     
    “Classic” üzrə “İlin Agentliyi”:
     adam&eveDDB, Birləşmiş Krallıq
     
    “Craft” üzrə “İlin Agentliyi”:
    Dentsu Inc., Yaponiya
     
    “Engagement” üzrə “İlin Agentliyi”:
    GUT, Argentina
     
    “Entertainment” üzrə “İlin Agentliyi”:
    Wieden+Kennedy, Amerika
     
    “Experience” üzrə “İlin Agentliyi”:
    GUT, Argentina
     
    “Good” üzrə “İlin Agentliyi”:
    McCann, Polşa
     
    “Strategy” üzrə “İlin Agentliyi”:
    Ogilvy, Hindistan
     
    “Classic” üzrə “İlin Müstəqil Agentliyi”:
     Rethink, Kanada
     
    “Craft” üzrə “İlin Müstəqil Agentliyi”:
    pgLang, ABŞ
     
    “Engagement” üzrə “İlin Müstəqil Agentliyi”:
    GUT, Argentina
     
    “Entertainment” üzrə “İlin Müstəqil Agentliyi”:
    Wieden+Kennedy, Amerika
     
    “Experience” üzrə “İlin Müstəqil Agentliyi”:
    GUT, Argentina
     
    “Good” üzrə “İlin Müstəqil Agentliyi”:
    Howatson+Company, Avstraliya
     
    “Strategy” üzrə “İlin Müstəqil Agentliyi”:
    Special, Yeni Zellandiya
    Paylaş