'Cannes Lions'da ilk qaliblər, 1 gündə 2 'Grand Prix'ni sahiblənənlər, ölkələrinə ilk 'Şir'i aparanlar!
Cannes Lions
20.06.2023
Sabina
“Cannes Lions” Beynəlxalq Yaradıcılıq Festivalından yayımlar "Azercell"in eksklüziv tərəfdaşlığı ilə təqdim olunur.
Festival yaradıcılığı qeyd etmək, sənaye liderlərini və gənc istedadları bir yerə toplamaq üçün 70-ci dəfə qapılarını açdı.
Həftənin ilk mükafatlandırma mərasimi “Health & Wellness”, “Outdoor”, “Pharma”, “Print & Publishing” and “Radio & Audio Lions” kateqoriyaları üzrə keçirildi. Bundan əlavə, “Lions Health” və “United Nations Foundation Grand Prix for Good” istiqamətində də mükafatlar təqdim olundu.
1938 “entry” alan və 59 “Şir” ilə nəticələnən “Outdoor” kateqoriyasının mükafatları aşağıdakı kimi oldu:
9 qızıl, 19 gümüş, 30 bürünc.
Sözügedən kateqoriyanın əsas mükafatını — “Grand Prix”ni isə “A British Original” filmi sahibləndi. Qeyd edək ki, qalib olan bu iş Londonda “Uncommon Creative Studio” tərəfindən “British Airways” üçün hazırlanmışdır.
“Print & Publishing” kateqoriyası isə ümumilikdə 814 “entry” qəbul etdi və nəticədə 26 “Şir” ilə sonlandı. Mükafatların bölünməsi aşağıdakı kimi idi:
4 qızıl, 7 gümüş, 14 bürünc.
Kateqoriyanın “Grand Prix”ni isə “Impact BBDO” agentliyi ilə “AnNahar newspaper”in “'Newspapers Inside The Newspaper Edition” layihəsi qazandı. Nəzərinizə çatdıraq ki, Livanın bu qəzeti keçən il baş tutan “Cannes Lions” Beynəlxalq Yaradıcılıq Festivalında da böyük mükafata yiyələnmişdi.
“Radio & Audio” kateqoriyasında səsi yüksəklərdən gələn, yəni “Grand Prix”ni əldə edən iş “Colenso BBDO” tərəfindən Yeni Zelandiyanın telekommunikasiya şirkəti — “Skinny” üçün hazırlanmış “Phone It In” gerilla kampaniyası oldu.
Kateqoriya 715 “entry” qəbul etdi və 3 qızıl, 7 gümüş, 11 bürünc olmaqla cəmi 22 “Şir” ilə nəticələndi.
1297 “entry” alan “Health & Wellness” kateqoriyasının nəticələri isə aşağıdakı kimi oldu:
6 qızıl, 13 gümüş və 17 bürünc.
Səbirsizliklə gözlənilən mükafatı — “Grand Prix”ni isə “Partners Life” üçün “Special” imzalı “The Last Performance” layihəsi qazandı. Bu mükafatla da Yeni Zelandiya 1 gündə 2 “Grand Prix” alaraq tarix yazdı.
“Pharma Lions” kateqoriyasında 354 “entry” arasından 13 “Şir” seçildi:
2 qızıl, 4 gümüş, 6 bürünc.
Jürinin “Grand Prix” üçün layiq gördüyü “Scrolling Therapy” kampaniyası isə “Eurofarma” üçün “Dentsu Creative” tərəfindən ərsəyə gətirilmişdir.
“The Lions Health” və “United Nations Foundation Grand Prix for Good” üzrə “Grand Prix” sahibi isə “Memorial Sloan Kettering Cancer Center (MSK)” üçün edilmiş “Working with Cancer” layihəsi oldu. Bu layihənin hazırlanması isə “La Foundation Publicis Chicago”, “Publicis Conseil Paris”, “Le Truc New York”, “Digitas New York”, “Saatchi & Saatchi Health, New York”, “Publicis Groupe UK, London” daxil olmaqla bir sıra “Publicis” agentliklərinə məxsusdur.
Festivalın növbəti günlərinə dair mütəmadi informasiya əldə etmək üçün bizi izləməyə davam edin.
Paylaş
Bənzər xəbərlər
Cannes Lions
Cannes Lions-da Innovasiya, Mobil, Radio və Audio kateqoriyalarının ən yaxşı işləri məlum oldu
Cannes Lions 2019-un 4-cü mükafatlandırma gecəsində daha 6 kateqoriya üzrə Grand Prix sahibləri məlum olub. Qalib işləri sizlərə təqdim edirik.
Cannes Lions
Cannes Lions -da PR, Social Influenser və Media kateqoriyalarında mükafat sahibləri məlum oldu
Cannes Lions 2019-un 3-cü mükafatlandırma gecəsində daha 6 kateqoriya üzrə Grand Prix sahibləri məlum olub. Qalib işləri sizlərə təqdim edirik.
Ən çox oxunanlar