“Kann Şir”ləri öz sahiblərini tapmağa davam edir
Cannes Lions
23.06.2023
Sabina
“Cannes Lions” Beynəlxalq Yaradıcılıq Festivalından yayımlar "Azercell"in eksklüziv tərəfdaşlığı ilə təqdim olunur.
“Cannes Lions” Beynəlxalq Yaradıcılıq Festivalının 4-cü günündə “Brand Experience & Activation”, “Creative Business Transformation”, “Creative Commerce”, “Creative Effectiveness”, “Creative Strategy”, “Innovation” və “Mobile” kateqoriyalarındakı layihələr mükafatlarla təltif olundu. Bu kateqoriyalarla yanaşı, “Regional Network of the Year”, yəni regionlar üzrə “İlin Ən Yaxşıları” da seçildi.
İlk olaraq “Brand Experience & Activation” kateqoriyası bizi 2226 “entry” və 69 “Şir” ilə qarşılayır:
11 qızıl, 25 gümüş və 32 bürünc
Kateqoriya üzrə “Grand Prix” isə “EA Sports” və “Apple” iş birliyi olan “FIFA 23 X TED LASSO” layihəsinə təqdim olundu.
“Innovation” kateqoriyasında isə 152 “entry” və 6 “Şir” qeydə alındı:
1 qızıl, 1 gümüş və 3 bürünc
“Grand Prix” mükafatını isə “MouthPad^” layihəsi ilə “Augmental” şirkəti evə apardı. Layihə “Wunderman Thompson” və “Augmental” əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdi.
348 “entry” daxil olan “Mobile” kateqoriyası 12 mükafatla nəticələndi:
2 qızıl, 3 gümüş və 6 bürünc
Kateqoriyanın “Grand Prix” mükafatını isə “PedidosYA” şirkətinin “World Cup Delivery” layihəsi qazandı. Layihənin arxasında isə Argentinanın “GUT” agentliyi dayanırdı.
“Creative Effectiveness” kateqoriyasında isə 289 “entry” və 16 “Şir”ə rast gəlirik:
3 qızıl, 5 gümüş və 7 bürünc
Kateqoriyanın “Grand Prix” sahibi isə “Mondelez”in “Shah Rukh Khan-My-Ad” işi oldu. Layihənin müəllifi isə Hindistanın “Ogilvy” agentliyi idi.
“Creative Strategy” kateqoriyasında 774 “entry” əsasında 26 “Şir” açıqlandı:
4 qızıl, 8 gümüş və 12 bürünc
“Grand Prix”ni isə “Publicis Conseil”in “Renault” üçün ərsəyə gətirdiyi “Renault — Plug-Inn” layihəsi qazandı.
“Creative Commerce” kateqoriyasında 467 “entry” və 17 “Şir” elan olundu:
4 qızıl, 4 gümüş və 8 bürünc
Kateqoriyanın ən böyük mükafatı “Grand Prix” isə “HungerStation”ın “The Subconscious Order” layihəsinə verildi.
Və son olaraq “Regional Network of the Year” mükafatları aşağıdakı kimi açıqlandı:
– Asiya üzrə “Dentsu”
– Avropa üzrə “DDB Worldwide”
– Orta Şərq və Şimali Afrika üzrə “BBDO Worldwide”
– Latın Amerikası üzrə “GUT”
– Şimali Amerika üzrə “FCB”
– Sakit Okean regionu üzrə “BBDO Worldwide”
– Qara Afrika üzrə “Ogilvy”
Paylaş
Bənzər xəbərlər
Cannes Lions
'Cannes Lions'da ilk qaliblər, 1 gündə 2 'Grand Prix'ni sahiblənənlər, ölkələrinə ilk 'Şir'i aparanlar!
'Cannes Lions' Beynəlxalq Yaradıcılıq Festivalı yaradıcılığı qeyd etmək, sənaye liderlərini və gənc istedadları bir yerə toplamaq üçün 70-ci dəfə qapılarını açdı.
Cannes Lions
Cannes Lions-da Innovasiya, Mobil, Radio və Audio kateqoriyalarının ən yaxşı işləri məlum oldu
Cannes Lions 2019-un 4-cü mükafatlandırma gecəsində daha 6 kateqoriya üzrə Grand Prix sahibləri məlum olub. Qalib işləri sizlərə təqdim edirik.
Cannes Lions
Cannes Lions -da PR, Social Influenser və Media kateqoriyalarında mükafat sahibləri məlum oldu
Cannes Lions 2019-un 3-cü mükafatlandırma gecəsində daha 6 kateqoriya üzrə Grand Prix sahibləri məlum olub. Qalib işləri sizlərə təqdim edirik.
Ən çox oxunanlar