Logo
    main-post-cover

    Yaradıcılıq festivalının 3-cü günü də həyəcan və maraq dolu keçdi!

    “Cannes Lions” Beynəlxalq Yaradıcılıq Festivalından yayımlar "Azercell"in eksklüziv tərəfdaşlığı ilə təqdim olunur.
    “Cannes Lions” Beynəlxalq Yaradıcılıq Festivalı 3-cü gününü “Creative B2B Lions”, “Creative Data Lions”, “Direct Lions”, “Media Lions”, “PR Lions”  və “Social & Influencer Lions” mükafatları ilə başa vurdu.
    Mükafat mərasimində “Creative B2B” kateqoriyasında 446 “entry” və 16 “Şir” qeydə alındı:
    2 qızıl, 5 gümüş, 8 bürünc
    Kateqoriyanın “Grand Prix” mükafatını isə “B3” və BMT Qlobal Sazişinin birgə kampaniyası “Eart4” qazandı. Layihə “AlmapBBDO” agentliyi tərəfindən həyata keçirilmişdi.
    Növbəti kateqoriya “Creative Data” idi ki, burada 15 “Şir” öz sahibini tapdı. Onu da qeyd edək ki, kateqoriyaya 418 “entry” daxil idi:
    2 qızıl, 5 gümüş, 7 bürünc
    Ən böyük mükafat — “Grand Prix” isə “Stella Artois”in “The Artois Probability” layihəsinə təqdim olundu. Layihə Argentinanın “GUT” şirkəti ilə əməkdaşlıq nəticəsində ərsəyə gəlmişdi.
    1939 “entry” ilə növbəti kateqoriyamız “Direct” kateqoriyasıdır. Burada isə layihələr 60 “Şir” ilə təltif olundu:
    10 qızıl, 19 gümüş, 30 bürünc
    “Grand Prix” mükafatını isə “Runner 321” proyekti ilə “Adidas” qazandı. “FCB” şirkətinin Kanada qolu tərəfindən hazırlanmış layihədə Daun sindromlu şəxslərin idmanda təmsil olunması önə çıxarılmışdı.
    “Media” kateqoriyasında 1853 “entry” və 60 “Şir” mükafatı ilə rastlaşmaq olar:
    10 qızıl, 17 gümüş, 32 bürünc
    “Grand Prix” mükafatı kateqoriyanın maraqlı işlərindən “#Turnyourback” layihəsinə təqdim olundu. Layihə “Dove”, “Ogilvy London” və “DAVID Madrid” tərəfindən reallaşdırılmışdı.
    “PR” kateqoriyası 1600 “entry” və 52 “Şir” ilə nəticələndi:
    8 qızıl, 17 gümüş və 26 bürünc
    “Gran Prix” mükafatını isə “DoorDash” və “GUT” şirkətlərinin “Self Love Bouquet” layihəsi evə apardı.
    Günün son mükafatlı kateqoriyası isə “Social & Influencer” oldu. Bu kateqoriya və mükafat gecəsi 1462 “entry” və 49 “Şir” ilə yekunlaşdı:


    8 qızıl, 15 gümüş, 25 bürünc
    Gecənin son “Grand Prix”ni isə “Samsung”un “Flipvertising” işi qazandı. Bu layihə “CHEP Network” şirkətinin məhsulu idi.
    Festivalın növbəti günləri ilə bağlı mütəmadi informasiya əldə etmək üçün bizi izləməyə davam edin.
    Paylaş
    Bənzər xəbərlər