
Yaradıcılıq həftəsinin ikinci günündən mükafatlar var!
Cannes Lions
21.06.2023
Farid
“Cannes Lions” Beynəlxalq Yaradıcılıq Festivalından yayımlar "Azercell"in eksklüziv tərəfdaşlığı ilə təqdim olunur.
“Cannes Lions” Beynəlxalq Yaradıcılıq Festivalının ikinci günü “The Entertainment Lions”, “Entertainment Lions for Gaming”, “Entertainment Lions for Music and Entertainment Lions for Sport were honoured”, “The Design Craft”, “Digital Craft”, “Film Craft” və “Industry Craft Lions” mükafatları ilə davam etdi.
“The Cannes Lions Entertainment Person of the Year” mükafatı isə şoumen, sahibkar və “Hartbeat” şirkətinin təsisçisi və rəhbəri Kevin Harta səhnədə şəxsən təqdim olundu.
“Entertainment Lions for Gaming” kateqoriyasına daxil olan 609 “entry” əsasında 26 mükafat öz sahibini tapdı:
3 qızıl, 6 gümüş, 16 bürünc.
“Wieden+Kennedy Portland” tərəfindən “Clash of Clans” üçün hazırlanan "Clash from The Past" layihəsi sözün hər iki mənasında oyun çıxardı və “Grand Prix”ini qazandı.
“Design Lions” kateqoriyası isə 985 “entry” və 34 “Şir” ilə sonlandı:
5 qızıl, 10 gümüş, 18 bürünc.
Kateqoriyanın ən böyük mükafatını — “Grand Prix”ni isə “ADLaM - an Alphabet to Preserve a Culture” kampaniyası ilə“Microsoft” qazandı. Qeyd edək ki, layihə “McCann New York” tərəfindən hazırlanmışdır.
1736 “entry” alan “Film Craft Lions” kateqoriyasındakı mükafatların sayı isə aşağıdakı kimi oldu:
8 qızıl, 17 gümüş, 29 bürünc.
Ümumilikdə 55 “Şir” ilə nəticələnən bu kateqoriyanın “Grand Prix” mükafatı isə Kendrick Lamar və Taylour Paige üçün “pgLANG” tərəfindən bir dubla çəkilmiş "We Cry Together — A Short Film" adlı rəsmi musiqi videosuna verildi.
618 “entry” alan “Digital Craft Lions” kateqoriyası 20 mükafatla sonlandı:
3 qızıl, 7 gümüş və 9 bürünc.
Kateqoriyanın “Grand Prix” mükafatını isə “AKQA” şirkətinin “Nike” üçün hazırladığı “Never Done Evolving feat. Serena” layihəsi qazandı.
Yaradıcı ideyaları həyata keçirmə bacarıqlarına əsaslanan “The Industry Craft Lions” kateqoriyası ümumilikdə 965 “entry” və 28 “Şir” ilə nəticələndi:
6 qızıl, 8 gümüş və 13 bürünc.
“JR GROUP” üçün hazırlanmış “My Japan Railway” adlı layihə isə “Grand Prix” ilə təltif olundu. Onu da qeyd edək ki, kampaniya “Dentsu Inc.” tərəfindən ərsəyə gəlmişdi.
“Entertainment Lions” kateqoriyasında isə 774 “entry” və 28 “Şir” ilə qarşılaşırıq:
5 qızıl, 12 gümüş, 10 bürünc
Kateqoriyanın “Grand Prix”ni isə “Clash from the Past” layihəsi qazandı. Beləliklə, “Wieden+Kennedy” tərəfindən hazırlanmış layihə ikinci “Grand Prix” mükafatını əldə etdi.
“Entertainment Lions for Music” kateqoriyası isə 437 “entry” aldı və “Şir”lərin sayı belə oldu:
3 qızıl, 5 gümüş və 8 bürünc.
Nəticədə 18 mükafatla sonlanan kateqoriyada iki layihə “Grand Prix” qazandı. Bunlardan ilki “SMUGGLER” tərəfindən Michael Kiwanuka üçün hazırlanmış “Beautiful Life” layihəsi, digəri isə “Apple”ın “The Greatest” layihəsi oldu.
Və sonda 607 “entry” ilə keçid edirik “Entertainment Lions for Sport” kateqoriyasına. Bu kateqoriya 20 “Şir” ilə nəticələndi:
3 qızıl, 7 gümüş, 9 bürünc.
Kateqoriyanın “Grand Prix” mükafatını isə “Michelob ULTRA”nın “Dreamcaster” adlı layihəsi əldə etdi. Layihə “FCB, New York” tərəfindən hazırlanmışdı.
Festivalın növbəti günlərinə dair mütəmadi informasiya əldə etmək üçün bizi izləməyə davam edin.
Paylaş
Bənzər xəbərlər