main-post-cover

    Apache fondu 2019-cu maliyyə ili üzrə hesabatlarını və digər statistikalarını təqdim etdi

    Digər
    Code-News
    14.08.2019
    Emil Nəcəfov

        Apache fondu 2019-cu il maliyyə (2018-ci ilin aprel ayından 2019-cu ilin aprelinə kimi) hesabatlarını təqdim etdi. Qeyd olunmuş hesabat dövrü üzrə aktivlərin həcmi 3.8 milyon dollar təşkil edib. Bu isə keçən ilki maliyyə dövrü göstəricisindən 1.1 milyon dollar çoxdur. Fondun öz kapitalı isə 1 il ərzində 645.000$ çoxalaraq 2.87 milyon dollar təşkil edib.
        Bu barədə Opennet.ru saytı xəbər verib. Vəsaitlərin böyük bir hissəsi sponsorlardan əldə olunub. Hal hazırda Apache fondu 10 platin sponsora, 9 qızılı sponsora, 11 gümüşü sponsora və 25 bürünc sponsora sahibdir. Bununla yanaşı fond ümumi layihələr üçün 24 sponsora və 744 nəfər iştirakçıya sahibdir. Fond barəsində bəzi statistikalar:
    - Bütün Apache layihələrinin sıfırdan hazırlanmalarının ümumi dəyəri 20 milyard dollar həcmində qiymətləndirilir. (Hesablanma zamanı COCOMO 2 adlı xərclərin qiymətləndirilməsi modelindən istifadə olunub).
    - Bütün Apache layihələrinin kod bazası 190 milyondan çox kod sətrinə sahibdir. Layihənin 1800 ədəd git repozitoriyaları 75 GB həcmində koda sahibdir. (Kodların dəyişdirilməsi tarixçələri nəzərə alınmaqla).
    - Fondun varolduğu bütün müddət ərzində layihələrin kod bazalarına 3 milyondan çox dəyişiklik qəbul edilib. Bu isə milyarddan çox kod sətrini əhatə edir.
    - Apache fondu altında 332 ədəd layihə və altlayihə inkişaf etdirilir. Onlardan 47-i inkubatordadır. 1 il ərzində inkubatordan 17 layihə çıxıb.
    - Tərtibatçılığa 7000-dən çox kommiter rəhbərlik edir.
    - Apache layihələri machina learning, iri həcmli məlumatların emal olunması, bulud sistemləri, kontentin idarəolunması, DevOps, IoT, mobil tətbiqlərin hazırlanması, server sistemləri və veb frameworklar kimi sahələri əhatə edirlər.
    - 5 ən məşhur layihə: Hadoop, Kafka, Lucene, POI ZooKeeper.
    - Kommit sayına görə 5 ən aktiv repozitoriy: Camel, Hadoop, HBase, Beam Flink.
    - Kod sətrlərinin sayına görə 5 ən böyük repozitoriy: NetBeans, OpenOffice, Flex, Mynewt Trafodion.
    - Kodlardan ibarət arxivlərin 9 milyondan çox yüklənməsi müşahidə edilib. Apache.org saytı hər həftə 35 milyona yaxın baxışı emal edir.
    - 3280 kommit 71 milyon kod sətrini dəyişib və 222.000 kommit əlavə edib.
    - GitHub-da ən aktiv şəkildə klonlanan layihələr: Thrift, Cordova, Arrow, Airflow Beam.
    - GitHub-da ən məşhur olan layihələr: Spark, Camel, Flink, Kafka Airflow.
    Linki kopyala