main-post-cover

    Fedora tərtibatçıları i686 arxitekturası üçün repozitoriyaların yaradılmasını dayandırmağı planlaşdırırlar

    Digər
    Code-News
    18.07.2019
    Farid Pardashunas


        Fedore 31 üçün olacaq yenilənmələr siyahısına i686 arxitekturası üçün əsas repozitoriyaların yaradılmasının dayandırılması əlavə oluna bilər. x86_64 mühiti üçün multi-lib repozitoriyalarının yaradılması olduğu kimi qalacaq və onlardakı i686 paketləri saxlanılacaq. Bu cür dəyişikliyə hələki Fedora distributivinin texniki tərəfinin hazırlanmasından cavabdeh olan FESCo komiteti (Fedora Engineering Steering Committee) tərəfindən baxılmayıb. Bu barədə Opennet.ru saytı xəbər verib.
        Bu təklif rawhide budağında i686 arxitekturası üçün Linux nüvəsinin yüklənmə obrazının yaradılmasının dayandırılması qərarını tamamlayır. Nüvəli paketlərin yaradılmasının dayandırılması isə öz növbəsində Fedora-nın 32 bit-lik x86 sisteminə yazılması imkanının üzərindən xətt çəkir. Bununla belə istifadəçilər artıq repozitoriyalardan quraşdırılmış sistemlər üçün yenilənmələr tətbiq etmək imkanından məhrum olmurlar. Yeni təklif isə bu cür imkanın olacağını şübhə altına qoyur.
        Belə ki, istifadəçilər köhnə versiya nüvəli paketlərdən istifadə etməli olacaqlar. Onlar isə özlərində düzəldilməmiş boşluqları birləşdirirlər. Faktiki olaraq 32 bit-lik repozitoriyalar yalnız multi-lib paketlərdəki boşluqları düzəltmək və test etmək üçün lazım olur. Həmin multi-lib paketlər isə 32 bit-lik proqramları 64 bit-lik mühitdə işə salmağa imkan verir. Lakin indi bu tapşırıq paketlərin yığılması sistemi olan koji-nin gücü ilə edilə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər