Logo
    main-post-cover

    Firefox 66-da şəkil yüklənməsi zamanı scroll-un qaçması problemi aradan qaldırılacaq

    Code-News
    01.02.2019

    #Step IT Academy tərəfindən təqdim olunur  




        Firefox-un kod bazasına “Scroll Anchoring” mexanizminin dəstəyi əlavə olunub. Bu mexanizm səhifədə əlavə elementlər yarananda səhifənin pozissiyalaşmasında baş verən xətalar aradan qaldırılacaq. Dəyişiklikləri istifadəçilər Firefox 66-da görəcəklər.
        Scroll-un pozisiyası artıq səhifənin müəyyən hissəsindən asılı olacaq və yeni elementlər yarandıqda scroll yerindən qaçmayacaq. Misal üçün, səhifə yeni yüklənərkən scroll-un durmadan aşağı hərəkət etməsi və istifadəçini scroll-u aşağı-yuxarı aparmağa məcbur etməsi narahatçılığı artıq aradan qalxacaqdır. Bu problem səhifədə kənar səhifədən yüklənən şəkillər mövcud olduqda həmin səhifə üzərində işləməyə maneə olurdu. Məsələn istifadəçi hər-hansı linkə klikləyərkən həmin an scroll aşağı düşürdü və istifadəçi səhv linkə klikləmiş olurdu.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Firefox 66-da şəkil yüklənməsi zamanı scroll-un qaçması problemi aradan qaldırılacaq | Technote