main-post-cover

    GitHub servisi ABŞ sanksiyaları altına düşmüş regionların istifadəçilərini məhdudlaşdırır

    Digər
    Code-News
    29.07.2019
    Farid Pardashunas


        Məşhur GitHub servisi ABŞ-ın eksport nizamlanması qanunvericiliyinə riayət olunmasını təsdiqləyən yeni qaydalar redaksiyasını təqdim edib. Yeni qaydalar sanksiyalar altına düşən regionlarda (Krım, İran, Kuba, Suriya, Sudan, Şimali Koreya) çalışan şirkətlərin korporativ istifadəçi hesablarının və private repozitoriyalarının məhdudlaşdırılmasını əhatə edir. Bu barədə Opennet.ru saytı xəbər verib. Lakin indiyənə kimi həmin qaydalar qeyri kommersiya layihələrinin individual tərtibatçılarına tətbiq edilmirdi.

        Yeni qaydalar redaksiyası sanksiyalar altına düşmüş regionlarda olan individual istifadəçilər üçün ictimai servislərin işlərində məhdudlaşdırıcı proseslərin həyata keçirilməsi məlumatını özündə birləşdirir. Həmin istifadəçilər platformadan yalnız personal komunikasiya üçün istifadə edə bilərlər. Qaydalarda olan dəyişikliklərdən əlavə olaraq GitHub sanksiya altına düşmüş ölkələrin istifadəçilərini öz servislərində məhdudlaşdırmağa başlayıb.
        Məsələn bu cür məhdudlaşdırıcı proses GameHub layihəsinin müəllifi olan Anatoliy Kaşkin-in istifadəçi hesabına tətbiq olunub. O, Krımda yaşayır. Onun GitHub Pages servisi vasitəsilə istifadəyə vermiş olduğu tkashkin.tk saytı bloklanıb və onun üçün pulsuz private repozitoriyaların yaradılması özəlliyi deaktiv edilib. Artıq mövcud olan repozitoriyalar isə bloklanıb. İctimai repozitoriyaların yaradılması özəlliyi olduğu kimi qalıb. Sözügedən məhdudlaşdırıcı prosesin aradan qaldırılması üçün Anatoliy Kaşkin-ə, onun Krımda yaşamadığı üzrə sübutun təqdim olunması təklif olunub.

        Lakin Anatoliy Rusiya Federasiyası vətəndaşıdır və o rəsmi olaraq Krımda yaşayış qeydiyyatından keçib. Buna görə də appelyasiyanın verilməsi prosesi mümkün deyil. Bu cür məhdudlaşdırıcı proseslər həmçinin bir çox individual iranlı tərtibatçılara da tətbiq olunub. Onların da GitHub Pages səhifələri bağlanıb və pulsuz private repozitoriyaların yaradılması özəlliyi blok olunub. Servislər öncədən heç bir xəbərdarlıq edilməyərək və onların ehtiyat kopyalarının yaradılmasına imkan verilməyərək bağlanılıb. GitHub-ın dəstək xidməti həmçinin bloklanmış servislərdən aktual məlumatların təqdim edilməsindən də imtina edir. Bununla belə ictimai repozitoriyaların əldə olunması özəlliyi hamı üçün aktiv şəkildə qalır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər