main-post-cover

    GitLab Çindən və Rusiyadan olan mütəxəssisləri işə götürməkdən qorxur

    Digər
    Code-News
    05.11.2019
    Farid Pardashunas
        GitLab-da Çindən və Rusiyadan olan mütəxəssislərin işə götürülməsinə qadağa qoyulması məsələsi müzakirə olunur. Sözügedən müzakirə keçən ay start götürüb və artıq sabah yekunlaşmalıdır. GitLab servisinin mühəndis tərtibatçılığı üzrə vitse-prezidenti Eric Johnson bildirib ki, bu cür müzakirənin əsas səbəbi isə korporativ müştəriləri sadalanmış iki ölkədə narahat edən geosiyasi vəziyyətdir. Bu barədə Xakep.ru saytı xəbər verib. Qeyd etmək lazımdır ki, söhbət, korporativ müştərilərə texniki dəstəyi verən mütəxəssislərdən gedir.
        Support mütəxxəssisləri, infrastruktur sahəsində SRE mütəxəssisləri, Security sahəsində SecOps Anti-Abuse mütəxəssisləri. Məsələ burasındadır ki, texniki dəstək xidmətini göstərən bu mütəxəssislər şirkətlərin məlumatlarına sahib olurlar. Eric Johnson qeyd edib ki, korporativ müştərilər narahatdırlar ki, Rusiya və Çindən olan mütəxəssislər şirkət məlumatlarını oğurlaya bilə, xüsusi xidmət orqanları isə onları kommersiya sirlərinin təqdim edilməsinə məcbur edə bilərlər.
        Bununla belə GitLab servisi vətəndaşlığından asılı olaraq öz əməkdaşlarına məhdudiyyət qoymaq imkanlarına sahib deyil. Həmçinin şirkət istəmir ki, onların işçiləri arasında öz işini 100% yerinə yetirə bilməyən insanlar olunsular. Həmçinin məlumatda qeyd olunub ki, qəbul olunacağı halında bu qadağa Çindən və Rusiyadan olan digər sahələr üzrə mütəxəssislərə təsir etməyəcək və onlar həmişəki kimi kod yaza biləcəklər. GitLab servisinin rəhbəri Sid Sijbrandij isə qeyd edib ki, şirkət hal hazırda ümumiyyətlə Çindən və Rusiyadan olan texniki dəstək mütəxəssislərini işə cəlb etmir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər