Google rəsmi olaraq Flash texnologiyasının dəstəyini dayandırdı

Google rəsmi olaraq Flash texnologiyasının dəstəyini dayandırdı

Code-News
29.10.2019 PAYLAŞIM

    Google şirkəti rəsmi olaraq Flash texnologiyasını öz brauzerində ləğv etdi. Bir çox məşhur brauzerlərdə uzun müddətdir ki, ləğv edilmiş bu texnologiyann dəstəyini əldə etmiş kontentlər artıq Google şirkətinin axtarış sistemində də indeks olunmayacaqlar. Bu barədə 4pda saytı xəbər verib. Flash texnologiyası Chrome 76-dan başlayaraq deaktiv edilib. Bununla yanaşı bu texnologiya həm də Microsoft EdgeFireFox 69 brauzerlərində də deaktiv edilib.

    Google təmsilçiləri qeyd ediblər ki, vaxtı ikən Fash texnologiyası animasiyaları, medianı və interaktiv elementləri inteqrasiya etməklə sıxıcı internetə yenilik gətirmişdi. Lakin həmin vaxtlar artıq geridə qaldılar. Bundan sonra şirkətin axtarış sistemi Flash kontenti iqnor edəcək və SWF faylları indeksləməyəcək. Google şirkətinin fikrincə istifadəçilərin və veb saytların çox hissəsinə bu dəyişiklik təsir göstərməyəcək.

    Şirkət düşünür ki, artıq yeni standartların vaxtı gəlib çatıb. Alternatv kimi isə əsasən HTML5 təklif olunur. Flash texnologiyasının dəstəyinin dayandırılması barəsində məlumatı hələ 2 il bundan öncə Adobe şirkəti özü vermişdi. Həmin vaxtda şirkət 2020-ci ilin sonunda yeni Flash playerlərinin və yenilənmələrinin dayandıracağını elan etmişdi. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


2020-ci ildə məlumatların vizualizasiyası üçün aktual olacaq Top-8 JavaScript ki..

JavaScript-də məlumatları daha gözəl şəkildə təqdim etmək lazımdır?


Microsoft bu il olmuş qeyri adi fişinq kiberhücumlarından danışdı

Bir neçə müddət bundan öncə isə Microsoft şirkəti kiberhücumlar və malware-lar üzrə trendləri əks et..


Microsoft Windows-da 0-day boşluğu da daxil olmaqla 7 kritik sistem boşluğu arad..

Microsoft şirkəti bu ay təqdim etmiş olduğu yenilənmələr ilə öz sistemlərində 36 boşluğu aradan qald..


Microsoft Teams platformasının Linux versiyası təqdim edildi

Microsoft şirkəti Microsoft Teams platformasının Linux versiyasını təqdim edib.


OpenBSD-də 4 ciddi sistem boşluğu aşkar edilib

OpenBSD-də 4 ciddi sistem boşluğu aşkar edilərək aradan qaldrılıb.


Sadə tətbiqlərin müxtəlif proqramlaşdırma dillərindəki test nəticələri təqdim ed..

Assembler x86_64-də HeavyThing adlı azad kitabxananı reallaşdırmış müəllif Jeff Marrison “Assembler-..