main-post-cover

    Google şirkəti Chrome'dan FTP dəstəyini tamamilə yığışdırmağı planlaşdırır

    Digər
    Code-News
    20.08.2019
    Farid Pardashunas

        Google şirkəti Chromium Chrome-da FTP protokolunun dəstəyinin dayandırılması üzrə planını təqdim edib. 2020-ci ilin əvvəlində işıq üzü görməsi planlaşdırılan Chrome 80-də stabil budaq istifadəçiləri üçün FTP protokolunun dəstəyinin tədricən aradan qaldırılması planlaşdırılır. Korporativ istifadəçilər üçün DisableFTP özəlliyi əlavə olunacaq. Onun vasitəsilə korporativ istifadəçilər FTP dəstəyini yenidən qaytara biləcəklər. Bu barədə Opennet.ru saytı xəbər verib.
        Chrome 82-də isə FTP protokolunu işə salan bütün kod və resursların yığışdırılması planlaşdırılır. FTP dəstəyinin tədricən aradan qaldırılması prosesi hələ Chrome 63-də start götürmüşdü. Belə ki, həmin brauzer versiyasında FTP protokolu üzrə resurslara müraciət qeyri təhlükəsiz əlaqə kimi işarələnirdi. Chrome 72-də isə brauzer pəncərəsində “ftp://” protokolu üzrə işə salınmış resursların daxili məlumatlarının əks olunması özəlliyi yığışdırılmışdı. Məsələn HTML məlumatlarının və README fayllarının göstərilməsi yığışdırılmışdı.
        Bundan əlavə olaraq sənədlərdən subresursların yüklənməsində də FTP-nin istifadəsi qadağan edilmişdi. Chrome 74-də səhv nəticəsində HTTP-proksi vasitəsilə FTP-yə keçid çalışmırdı. Chrome 76-da isə FTP üçün proksi dəstəyi ləğv edilmişdi. Hal hazırda birbaşa linklər üzrə faylların yüklənməsi və kataloqların tərkiblərinin əks olunmaları işlək vəziyyətdədirlər. Google şirkətinin məlumatına əsasən FTP demək olar ki, işlədilmir.
        FTP işlədənlərinin faiz göstəricisi isə 0.1-dir. Sözügedən protokol həmçinin trafikin şifrələnməməsi səbəbilə qeyri təhlükəsizdir. Chrome üçün FTPS (FTP over SSL) dəstəyi hələ reallaşdırılmayıb. Şirkət tələbatın olmadığı səbəbilə brauzerdə FTP protokolunu təkmilləşdirilməsini mənasız görür. Faylların FTP protokolu üzrə yüklənmələrinin lazım olduğu halda şirkət kənar FTP tətbiqlərini məsləhət görəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər