
Helvetica şriftinin 35 il ərzində ilk dəfə rəsmi redizaynı təqdim edildi
#Step IT Academy tərəfindən təqdim olunur
Helvetica şriftinin müəllif hüquqları sahibi olan Monotype şirkəti Helvetica Now şriftini təqdim elədi. Şrift rəqəmsal layihələr üçün nəzərdə tutulub və Helvetica-nın Neue Helvetica şriftindən sonra 35 il ərzində ilk yenilənməsidir.
Helvetica Now qrupuna Micro, Text və Display variantlarında 48 şrift daxildir. Monotype deyir ki, Helvetica Now daha yaxşı oxunması üçün tamamilə yenidən çəkilmişdir.
Helvetica Now şriftini şəxsi istifadə üçün pulsuz endirmək olar (yalnız Display Black variantı) və ya 299$ qiymətində bütöv şrifti və ya 35$ ödəməklə hər bir şrifti ayrıca almaq olar.
Hellvetica - dünyada ən məşhur çıxıntısız şriftlərdən biridir, onun ilk variantı 1957-ci ildə təqdim olunub. Müəllif hüquqları öncələr Linotype şirkətinə aid idi, hansıları ki 2006-cı ildə Monotype satın alıb. 2015-ci ilə qədər Apple Helvetica-nı iOS sisteminin əsas şrifti kimi istifadə edib.
Neue Helvetica və Helvetica Now müqayisəsi
Paylaş
Bənzər xəbərlər