Microsoft Edge brauzerinə izlənmədən qoruyan mexanizm əlavə olunacaq

01.07.2019 0 PAYLAŞIM 122 OXUNMA



    Chromium versiyalı yeni Edge brauzerinin tərtibatçıları bildiriblər ki, brauzerin yeni versiyasına Tracking Prevention adlı funksional əlavə olunacaq. Bu funksional isə öz növbəsində istifadəçiləri izlənmədən qoruyacaq. Bu barədə Xakep.ru saytı xəbər verib. Faktiki olaraq bu təhlükəsizlik mexanizmi veb analitika ilə məşğul olan firmalar və reklam şirkətləri tərəfindən istifadə olunan istənilən aqressiv skriptlərdən qoruyacaq. Hələki sözügedən funksionallıq Microsoft Edge Insider 77.0.203.0 və ondan daha yuxarı versiyalarının istifadəçiləri üçün aktivdir.


    Tracking Prevention sisteminin çalışma prinsipi bu ilin yaz fəslində Mozilla tərtibatçılarının Firefox brauzerinə əlavə etdikləri Enhanced Tracking Protection mexanizminin iş prinsipinə bənzəyir. Tracking Prevention mexanizmi aktiv olan zaman o, istifadəçiyə ümumiyyətlə aid olmayan domenlərdən yüklənən casus skriptləri bloklayacaq. Edge brauzerinin bu yeni təhlükəsizlik sistemi öz işində Trust Protection Lists adlı xüsusi siyahıdan istifadə edəcək. Həmin siyahya istifadəçini dəqiq şəkildə izləyən təşkilatlar və onların domenləri əlavə olunacaqlar.

İstifadəçi hansısa saytı açan zaman həmin sayta birləşik olan kənar domenlərin istənilən URL-ləri Trust Protection Lists tərəfindən yoxlanılır. Əgər URL sözügedən siyahıda varsa ilk öncə brauzer bütün yaddaş mexanizmlərinə olan keçidi bağlayacaq, ikincisi isə həmin domen üçün olan istənilən JavaScript kodunun yüklənməsini qadağan edəcək. Tracking Prevention 3 bloklama səviyyəsinə sahib olacaq: Baza, balanslaşdırılmış və ciddi. Baza səviyyə yalnız potensial təhlükəli trekerləri, balanslaşdırılmış səviyyə kənar izləmə mexanizmləri də daxil olmaqla bütün zərərli trekerləri, ciddi səviyyə isə istənilən kənar trekerləri bloklayacaq. Lakin sonuncu səviyyə sayəsində bəzi saytların çalışmasında problemlər yaşana bilər.