main-post-cover

    Microsoft şirkəti 2 il ərzində aktiv olmayan istifadəçi hesablarını siləcək

    Digər
    Code-News
    15.07.2019
    Emil Nəcəfov


        Microsoft şirkəti aktiv olmayan akkauntlar üçün olan qaydaları dəyişib və bundan sonra istifadə edilməyən istifadəçi hesablarını silməyə başlayacaq. Əgər əvvəllər 5 il ərzində aktivlik göstərməyən istifadəçi hesabları silinirdilərsə, bundan sonra 2 il ərzində aktivlik göstərməyən istifadəçi hesabları silinəcəklər. Bu barədə Gagadget saytı xəbər verib.
        Beləliklə istfadəçi hesabının silinməməsi üçün 2 il ərzində heç olmasa bir dəfə də olsun ona daxil olmaq lazımdır. Əks halda Microsoft həmin hesabı avtomatik olaraq siləcək. Bu üsul ilə şirkət “ölü”, atılmış və dublikasiya edilmiş hesablar ilə mübarizə apararaq yeni istifadəçilər üçün əlavə yerlər yaradacaq və əldə olunması mümkün istifadəçi hesabı adlarını genişləndirəcək. Lakin heç də bütün istifadəçi hesablarını silməyəcəklər.
        Hansısa servislərə abunəlik əldə etmiş, hansısa məhsul almış və ya hesabında vəsait qalmış istifadəçi hesabları silinməyəcəklər. Başqa sözlə desək, əgər siz sadəcə olaraq Microsoft Office-dən və Xbox Live-dan istifadə edirsinizsə və ya sadəcə bir dəfə də olsun nəsə almısınızsa, onda narahat olmağa ehtiyac yoxdur. Bu yeni dəyişikliklər 30 avqust tarixindən qüvvəyə minəcəklər.
    Linki kopyala